Ağıl yaşda deyil, başdadır...

Şərhlər: 1
Baxılıb: 6 652
Səs ver:
(səs: 1)
`~ Bizlər yeri gəldiyində özümüzü böyüdüb, yeri gəldiyində kiçiltməyi sevirik, qərarlarımızın doğru olacağını artıq böyüdüyümüzü vurğulayaraq dilə gətirdiyimiz, səhvlərimizdə hələ yaşımızın az olduğunu deyərək kiçiltməyə çalışdığımız kimi.. Yaş adlandırdığımız insanın doğulduğu andan etibarən var olduğu ana qədərki keçən zaman toplusudur, yaş dediyimiz hər il dəyişən rəqəmdir.. Birisinin sadəcə yaşını soruşaraq o insan haqqında təsurat əldə edə bilmərik və yaşına əsaslanıb qarşımızdakı şəxsdən ağıl və ya olğunluq gözləməyimiz əsassızdır.. Çünki bir insanın formalaşması yalnızca yaşla bəlirlənmir, bu hər bir insan üçün individualdır və hansı yaşda özünü dərk edib, formalaşacağı sual altındadır, buna ən gözəl misal isə “ağıl yaşda deyil, başdadır..” deyimi ola bilər.. Bu insanların həyatdakı mövqeyi, qərarları, istək və arzularına da başlıca təsir edir.. Beləki yetkinlik yaşına çatmış bir insan artıq nə istədiyini biləcəyi təqdirdə, orta yaş mənsublarından bəziləri hələ də nə istədiyini bilmir və aid olduğu yer olmadığından özünü cəmiyyətdə yad hiss edir.. Bəziləri heç vaxt özünü tanımır, yaşa dolur bəlkə amma müdrikləşmir.. Həyat insanı böyütmədikcə yaş insanı böyütmür, məsuliyyət hiss etmədikcə, özünü tanımadıqca, ayaqları üzərində durmağı bacarmadıqca, o yükü hiss etmədikcə böyümür insan, zahiri yaşlansa da, böyümür daxilən.. Yaş bizə özündən əminlik vermir, biz onu qazanırıq, yaş bizi böyütmür, biz dırmanırıq, yaş bizə olğunluq vermir, həyatı tanımlayırıq.. Dəyişməyə çalışırıq, böyüməyə, böyüdükcə kiçildirik sevgimizi, azaldıb mərhəmətimizi, tükətirik bir birimizi.. Böyümək üçün başqalarını kiçildirik nədənsə, gücsüzün yanında güclü hiss etməklə güclü olmağa çalışırıq sanki, görəsən kimi aldadırıq?!.. Böyüdüm deməklə böyüməz insan, yaşından asılı olmayaraq əsl böyüklük özümüzlə birgə böyütdüyümüz vicdanımız, əxlaqımız, şuurumuz və zəkamız, elmimiz və biliyimiz, sevgi və mərhəmətimizlə ölçülür..
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri