Susma...

Şərhlər: 3
Baxılıb: 2 243
Səs ver:
(səs: 1)
"Susma..
Haqlı olduğun halda, haqsızlıq etmə özünə"
Danışmaq üçün, dilə gətirmək üçün saysız-hesabsız hadisələr, xatirələr, xəyallar, ümidlər olduğu halda "Niyə susdun?" dedim özüm-özümə..
Susduqlarımın günahkarlıq olaraq qələmə alınmasına qarşı, niyə susmuşam bu vaxta qədər hər şeyə.. Bəlkə o qədər haqlı idim ki, vaxt keçdikcə susduqlarımın günahkarlıqdan yox, haqlı olduğumdan dolayı, gün gələr hər kəsin məni başa düşəcəyinin, fərqindəydim içdən-içə..
Bəs, haqlı olmaq da belə bir şey deyil ki?
Sükutdur, haqlılıq; qışqıra bilməzsən, qəzəblənə bilməzsən, kin bəsləyə bilməzsən və hətta başa düşməyə çalışarsan. Nə qisas alarsan nə də oturub mühakimə edərsən. Danışmaq istədiyin ağrılı günləri gizlədə bilərsən amma haqlılığı gizlədə bilməzsən..
Haqlılıq, çıxar bir gün işıq üzünə.
İndi arxaya qayıdıb baxarkən, bircə günün belə peşmançılığını yaşamadan həyatıma davam edirəm.
"Özümə, bundan daha gözəl nə hədiyyə edə bilərdim ki.." deyib, davam etdim yoluma, uzun-uzun, yaza-yaza, danışa-danışa..
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri