Xəyalının bəxş ütdiyi xoşbəxtlik...

Şərhlər: 5
Baxılıb: 1 772
Səs ver:
(səs: 0)
Gözlərimdən axan yaşları, sənin üçün aldığım qızılgüllərin ləçəyindən ayıra bilmirəm artıq..
Vaxt vardı o qızılgüllərin sahibi vardı, xoşbəxt idilər, indi yetim qaldı o güllər..
Qəribədir..
Çürük meyvələr verir ağaclar,
Artıq təzə qırılan qəlbin kədərini satırlar yarmarkalar..
Küçələrin bəzəyi olub jarqonlar, şeirlərimiz naxoşluyub..
Hər şey bir-birinə o qədər bənzəyir ki..
Hər kəs sanki sənin ətrindən istifadə edir, hər kəs sənin kimi baxır sanki..
Ölülərlə yaşayanlar arasında fərq yoxdur,
Dəbdəbəli məzarlarımıza ayaq basıb,
Eyni otağın içində görə bilmirik heç kəsi..
Gülən üçün dəsmal, ağlayan üçün zərbə dünyasıdır
Bircə səni ayıra bilirdim hər şeydən,
Amma o qədər bənzəyir ki,
Yoxluğun, varlığına..
Dizlərimdə yuxuya gedən, saçlarını sığalladığım xəyalın, həqiqi cismindən fərqsizdir..
Sən gedəndən bəri, hər şey bir-birinə o qədər bənzəyir ki..

Müəllif:
Rüfət Hüseyn
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri