Güclü insan tərk etməz, sonuna qədər aparar mübarizəsini.

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 1 965
Səs ver:
(səs: 0)
Bu duyğu (artıq nədirsə) insanda əzəldən bəri var və olacaq da. Hamımız bəzən bir şeyləri, və yaxud da bəzi insanları tərk etmək istəyirik. Tərk etməklə sanki özümüzü önəmli bir varlıq kimi hiss edir, "mən onu tərk etdim" deyərək özümüzü həmin tərk etdiklərimizdən çox çox daha üstün olduğumuza inandırırıq. Çünki, tərk edilməyin necə bir hiss olduğunu bilirik. Bu dünyada hər kəs özündən zəifə əziyyət verməkdən zövq alır. Bu dünyada hər kəs özündən zəiflərinin də olmasını bilməkdən zövq alır. Tərk edilişdə də belədir. İnsanlar həmişə gedəni yox, qalanı zəif bilirlər. Biz isə o zəifliyi dadmış, ağzımızdaki o acı dadı tüpürməyin tək yolunu isə "mən də gedəcəm, mən də bir gün tərk edilən yox, tərk edən olacam" deyərək tapırıq. Ancaq tamamilə əksinə, tərk etmək güclülük deyil. Güclü insan tərk etməz, sonuna qədər aparar mübarizəsini. Və bununla yanaşı olaraq, qalanlar heç vaxt zəif olmayıblar. Düzdür, gedənlər əliboş getmir, ruhu parçalayıb gedirlər. Və gedənlərin qırıb tökdüyü parçaları yenidən birləşdirmək hər bir kəsin işi deyil. Qalıb bunları bacarmaq isə, bir vaxtlar arxasına baxmadan, geridə qoyduğunu zəif deyə bilən insanlara ən böyük zərbədir... Deməyim odur ki, gedən olub bu qədər alçalmaqdansa, qalan olub öz gücünün fərqinə varmaq yaxşıdır. Və unutma ki, tərk etmək səni heç vaxt ucaltmayacaq, inan ki, heç ucaltmayacaq..
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri