O anı görməmək üçün qaçıram mən həmin yollardan...

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 1 533
Səs ver:
(səs: 0)
-Bildiyim yollar var, məsələn, sevdiklərim üçün getdiyim sevmədiyim yollar. Bir də hər gecə sənə çıxan, heç dönən olmadı o yollardan. Ən pisi hər şeyin yolunda getdiyi yolu bilmirəm. Bir ara çox sıxıldım o yollardan, bu şəhərdən, hər sıxıcı keçən günün ardından getdiyin küçələrdən bu şəhəri tərk etmək istəyi yarandı içimdə. Getdiyində "Ehtiyacım olarsa sənə?" soruşduğumda gülümsəyərək "Küçə-küçə axtar." demişdin, küçə-küçə axtarmadım da deyil bir ara. Saatlarla etdiyim söhbətlərə "Keçər." demişdin, olmadı dediyin, boğazımda düyünlənib aylarla keçmədi hətta. "Dünya bu qədər böyük ola bilməz, hardasa qarşılaşmalıyıq" deyərdim, amma indi önəmi yoxdur. Bilirəm vecinə deyildi, initharı heç düşünmədim bircə. Çünki o yaşatdıqlarının yanında çox kiçik qalırdı... İndi şeirlərimdə ağladığını bilsəm də heçnə dəyişməyəcək, hissizləşdirdin, qadın. Əgər o yollar bizi bir gün qarşılaşdırsa, xoşbəxt olduğumu görsən qətiyyən ağlama. O anı görməmək üçün qaçıram mən həmin yollardan...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri