Amma sən dəyişmisən, öləndən sonra sevdin məni...

Müəllif: Aykam2001
Şərhlər: 3
Baxılıb: 1 625
Səs ver:
(səs: 0)
Mən öləndə ruhuma dua yox, şeir oxuyarsız. Gülləridə sevmirəm bilirsiz, kaktus qoyarsız məzarıma. Həm solmur, həm də rəngi kəfənimə yaraşacaq. Bəlkə vəfalı bir dost gəlib kitab oxuyar mənə bəzi gecələr, torpağımı viski ilə sulayıb gedər. Tək qoyun məni, öyrəşmişəm, bilirsiz. Qorxmuram qaranlıqdan da. Yağışı onsuz da sevmişəm həmişə. Şəhər küləyi ilk dəfə üşütməz məni, onsuz da soyuq olacaq bədənim. Bu dəfə sən gələcəksən yanıma. Siqaret kötüylərindən gəldiyini biləcəm. Bağışla, qucaqlaya bilmərəm yəqin. Sən öyrəşmisən hər dəfə səni görəndə qucaqlamaqıma.Gözlərimə baxıb demədiklərini şəklimə baxıb deyəcəksən bəlkə. "Sevə bilmədim, bağışla"kimi. Səni isidən əlimi sevməyib, soyuq məzarıma toxunacaqsan. Eşidirsən? Danışmıram artıq. Bilirdim bir gün gələcəyini. Bir ölülər soyuq və səsiz olur, bir də sən. Artıq eyniyik səninlə. Tək fərqimiz var, mən hələ də ruhumla sevirəm səni, amma sən dəyişmisən, öləndən sonra sevdin məni, hamı kimi, gec oldu bir az. Canın sağ olsun, gördüyün kimi, məndə can qalmadı...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri