Özümüzdən qaçmağı da bacara bilmirik heç...

Şərhlər: 7
Baxılıb: 1 975
Səs ver:
(səs: 0)
..Bilmirəm sizdə olur ya yox, çıxıb getmək istəyirəm hərdən, hər kəsdən, hər şeydə uzağa, lap uzağa.. Sanki ətrafda bizə aid olan nələrinsə olmadığını hiss edərik. Özümüzdən belə qaçarıq, tükənərik, tükəndirərlər..
..Bu əhvalatın axırı maraqlı gələr bizə. Ucsuz-bucaqsız roman kimi obrazlar da müəyyən zamanlarda dəyişir. Və hər biri də bizdən bir parça oğurlayır, əslində bütün bunlar həqiqətlərdir, həmişə əskik qoyurlar nəyisə..
..Kimdən qaçdığımızı heç özümüzdə bilmirik, gəzdiyimiz məkanlar, küçələrimzdə oynayan tanış simalı uşaqlar; az da olsa fərahlıq bəxş etsə də qəlbimizə, o böyük əskik, boşluq həmişə səhnənimizi korlayır..
..Ağır gələr, qaldıra bilmərik, bu ağır yükü bizi bizdə həbs edən bir zindan olarıq. Hər gün bir az da qısılırıq küncə, bir az da tükənirik, bir az da yoruluruq. Niyə bilmirəm amma yenə də gedə bilmirik, qaça bilmirik, elə dayandığımız yerdəcə ilişib qalmışıq. Tərk edə bilmirik; küçələrimizi, şəhərimizi, insanlarımızı.. Özümüzdən qaçmağı da bacara bilmirik heç..
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri