Məhəbbət və xəyanət haqqında 7 məşhur əsər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 381
Səs ver:
(səs: 1)
Məhəbbət və xəyanət haqqında saysız-hesabsız əsərlər yazılıb. Demək olar ki, bütün yazıçılar bu mövzuya müraciət edib. Necə deyərlər, harada məhəbbət varsa, orada xəyanət də var. Odur ki müəlliflər oxucunu cəlb etmək üçün ən ali məhəbbət hisslərinə belə xəyanət çaları qatmağı unutmayıblar. Həmin məşhur əsərlərdən bəzilərini təqdim edirik.

Lev Tolstoy: “Anna Karenina”

Əsər həyatı məhv olmuş qadının faciəvi tarixçəsindən bəhs edir. Sevgili cütlüyün məhəbbətini cəmiyyət qəbul etmir. Onlar özlərinə doğma olan hər şeydən məhrum olurlar. Anna itirdiklərini qaytara biləcəkmi? Anlayır ki, bu onun gücü xaricindədir. Qadın ölümü seçir.

Qustav Flober: “Madam Bovari”

Emma Bovari həddən ziyadə ideal həyat yaşayır. Burada hisslərə, emosiyalara azca da yer yoxdur. Bütün günü nazını çəkən ağıllı, yaraşıqlı əri, sadəcə, onun bu darıxdırıcı dünyasının bir hissəsidir. Emma hiss edir ki, onun daxili dünyası və təbiəti heç cür bu “xoşbəxt ailə” çərçivələrinə sığışmır.

Frensis Skott Fitscerald: “Böyük Qetsbi”

Roman başına gələn bir hadisədən sarsılan baş qəhrəmanın xatirələrindən bəhs edir. Əsər amerikalı arzusunun rəmzi olan mürəkkəb xarakterli Qetsbinin faciəvi sevgisi və ölümü haqqındadır.

Con Ardayk: “Ər-arvadlar”

Balaca əyalət şəhəri. Burada cansıxıcı həyat hökm sürür. İnsanların yeganə əyləncə və sevinci hər addımda baş verən xəyanətləri, qisasları, pozğun hərəkətləri müzakirə etməkdir.

Ayris Merdok: “Müqəddəs, həm də günaha batmış məhəbbət”

Ər, arvad və məşuqə. Məşuqə ər üçün sadəcə əyləncə deyil, ikinci ailədir. Arvadın heç nədən xəbəri yoxdur, məşuqə Emili isə kişinin həyatında yeganə qadın olmağı arzulayır. Bleyz həyatını dəyişmək fikrində deyil, düşdüyü müxtəlif vəziyyətlərdən birtəhər çıxmağa cəhd edir. Sanki bir-birini tamamlayan bu qadınların hər ikisi ona əzizdir. Amma o, mütləq seçim etməlidir.

Paulo Koelyo: “Xəyanət”

30 yaşlı jurnalist Lindanın hər şeyi var – onu sevən əri, ürəyincə olan işi, uşaqları, nəhayət, İsveçrə kimi bir ölkədə rahat, təminatlı həyatı. Çatışmayan yalnız xoşbəxtlikdir. Və özünü xoşbəxt göstərmək get-gedə daha da çətinləşir – qadın sanki uçurum qarşısındadır.

Linda tanınmış siyasətçidən müsahibə aldığı andan həyatında hər şey dəyişir. Həmin siyasətçi onun ilk məhəbbəti olub. Bu xəyanət yeni, xoşbəxt, mənalı həyata sanki təkan verir.

Milan Kundera: “Həyatın dözülməz rahatlığı”

Müəllifin bu roman vasitəsilə gəldiyi qənaətə görə, insan öz həyatının qaralamasını yaza bilməz, çünki həyatımız büsbütün ağlamadan ibarətdir. Və həm də bu həyat yaşandıqca dözülməz rahatlığa çevrilir. Hər şey təsadüflərdən ibarətdir – gələcək də yalnız belə müəyyənləşir, hansısa bir seçim heç nəyi həll etmir..

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 381
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
LuNa
Bir tek Anna Karenina'nı oxumuşam Teşekkür
28 sentyabr 2019 00:00
2
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️
Offline
BARBI
Bezileri haqda melumatim var.Hec birini oxumamisam
25 sentyabr 2019 23:59
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri