Bağışlayın... "Sonunacan səninəm" deyən bir səsə rastladınızmı?

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 587
Səs ver:
(səs: 0)
Bağışlayın, "Səni Sevirəm" deyən bir səs buradan keçdimi ?
- Xeyr, xanım, görmədik....
Bir qız dizlərini qucaqlayıb yanıqlı səslə mahnı oxuyur, oxuduğu mahnını hıçqırıqları kəsəcək deyə çox qorxuram.. Bir qız dənizə saxta duyğuları sevgi bilib aldandığını söyləyir, xətası dənizi çirklədəcək deyə narahat oluram..




Bağışlayın... "Sonunacan səninəm" deyən bir səsə rastladınızmı?


- Bağışlayın,"sənin üçün darıxdım" deyən bir səs gəldimi bura?
- Xeyr, xanım, gəlmədi....
Göz yaşlarım çiçəklədi, ətrafı bürüdü bu çiçəklər... Sata bilmədim kimsəyə yığdığım göz yaşı dolu nərgiz həsrətimi, qızılgül sevgimi... Leyli, Əsli, Şirin yaşasaydı yəqin söyləyərdilər, xatirələrlə necə başa çıxılacağını... Amma... Hər kəs ölür, sevdaların öldüyü kimi.... Aldatmasın məni şeirlər, xəyanətinə ad qoymağa, günahı özümdə axtarmağa gedirəm...




- Bağışlayın, "Ruhum, Ruhumun laylasısan.." deyən bir səs bir məktub, bir yazı qoydumu burda mənim üçün... "gözlə, dönəcəyəm... sənə
dönəcəyəm.." deyə?
- Xeyr, xanım..... təssüf ki.... qoymadı....
Cinayəti əllərim gördü, bir də ürəyim... Dırnaqlarım ovcuma sıxıldı... Ovcumdan qan axırdı... Vəfasızlığının ardından su səpirmiş kimi.. Ürəyim hıçqıra-hıçqıra ağlayırdımı... Döyüntüsü dayanırdımı... Bilmirdim... Bütün hisslərim səni buraxıb məni ölümünə döyürdülər... Vəhşicəsinə... "axı biz sənə demişdik saxtadır!!! Yalandır!!! Aldanma!! İnanma!!!" deyə....





- Bağışlayın... "Sonunacan səninəm" deyən bir səsə rastladınızmı?
- Xeyr, xanım, rastlamadıq...
Eşidirsənmi... Eşidirsənmi, sevgi....? Yaddaşını harda itirdin...? Mənim xoşbəxtliyimi harda itirdin...? Sonunacan mənim olacaq xoşbəxtliyimi kimin ünvanına göndərdin səhvən...? Sonunacan mənim olana kim "mənimdir" deyə iddia qaldırmış indi? Qorxmur ki, haram tikəni Allah udlağında saxlayar? Qorxmur ki, yaraya bint olanda özünə də mikrob çəkər? Qorxmur ki, bir gün yarasına dərman istəməyə qapıma gələr,xoşbəxtliyimi tələb edərəm ondan? "Özgə atına minən tez düşər" kimi sözlərim boğar onu... "Mənim göz yaşım altında xoşbəxt olacağınımı sanmışdın?" deyən cümlələrim sillə yağışına tutar üzünü... Qorxmur..?




- Bağışlayın, "Göz yaşlarında boğuluram ahında kül oluram" deyən bir səsin ağladığını eşitdinizmi?
- Bəli, xanım... Bəli, eşitdik.... Əlləriylə ürəyini küçənin ortasında boğurdu... Ora getməyin.... Orda cənazə var.... Ölmüş ürəyin cənazəsi qaldırılır...




(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri