Danışan lal...

Şərhlər: 4
Baxılıb: 1 826
Səs ver:
(səs: 0)
-Öz cümlələrimdən sıxılıram artıq.
Bu qədər vaxtı sanki, qarşısından heç çəkilmədən güzgüdən baxırmış kimiyəm.
Sadaladıqlarımı, hecalar şəklində başa salmaqdan,
Başa düşməyənlərlə, böyük hərflərlə danışmaqdan yoruldum..
Barmaqlarımın boğazı qurudu artıq.
Yazmayacağam artıq?
Yazacağam təbii ki.
Misralarım tükənsə,
Nəfəs almaqdan tükənərəm sanki..
Dilim danışmaqdan istefa etdiyindən bəri,
Qələmim; dilim, nitqim oldu..
Artıq qəlbimdən keçənlərin hakimiyyətini qələmimin öhdəsinə buraxdım, ruhumu kağıza təslim etdim..
Zəmanəmizə baxıram, və sadəcə bunu deyə bilirəm; Soyuq insanların şaxtalı ifadələri hər tərəfi tələf edir,
Xahiş edirəm;
Divarları üstümə örtün, misralarım üşüməsin..

Müəllif; Rüfət Hüseyn
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri