İnsanlara itirmədən dəyər verin

Müəllif: Aykam2001
Şərhlər: 3
Baxılıb: 2 424
Səs ver:
(səs: 0)
Bir gün hamının öləcəyini bilirik, bu ki hamıya gün kimi aydındır. Ama elə hərəkət edirik ki, sanki ətrafımızdakılar və biz sonsuza qədər yaşayacağıq. Soruşsan deyərik, insanların dəyərini bilin. Araşdırsan görərsən, bunu sadəcə içimizdən bir - iki nəfər edir. Sonra biri gedir həyatımızdan, bir gül daha solur keçmişimizdən. Ayılırıq, görürük ki, artıq hamı gedib, Əlimizdə bir yığın peşmançılıq. "Axı mən niyə vaxtında demədim? " "Niyə vaxtında yanında olmadım? " "Kaş biraz daha görə bilsəydim" "Onu yenidən qucaqlamaq üçün hər şeydən keçərdim". Qalmışıq yenə peşmançılıqlarımızla baş - başa. Heç nəyi düzəldə bilmirsik, heç nə arxaya qayıtmır. Keçmişə qayıda bilmirik, özümüzə əsəbləşirik. Yox, elə bilməyin ki, mən "İnsanlara itirmədən dəyər verin" deyəcəm, mən artıq bilirəm axı, bunu milyon dəfə də desəm, axmaqlığınıza qoyub yenə eyni səhvləri edəcəksiniz. Ta ki, daha bir itki baş verənə qədər..
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri