Hər kəsin bir zamanı var...

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 2 789
Səs ver:
(səs: 1)
-hər şeyin bir zamanı var mı?
bilmirəm..
tək bildiyim;
"hər kəsin bir zamanı var",
görə bilmək üçün,
anlaya bilmək üçün,
deyə bilmək üçün.
Hər kəsin bir zamanı var...


-Deyir biri üçün darıxmağında müddəti var.O müddət bitəndən sonra hər şey sıfırlanır,heç tanımamış kimi..


-Vazkeçmək deyil bu,boşa kürək çəkməyi sonlandırmaq,fərqinə varmaq həqiqətlərin.O,ümid və gözəllik dolu limana çata bilməyəcəyimi anlayanda dənizin ortasında kürəkləri atdım..


-Hər kəsdən gizlətdiyim hisslərim səninlə doğmalaşıb


-Gedək asaq özümüzü,
Mən ağacdan,sən də məndən.
İkimizdə yorulmuşuq,
Çıxıb gedək bu bədəndən..


-Bəzən insan evi kimi həyatınıda təmizləməlidir. Qəlbini tükədən sevgiləri, yalançı dostları, nankor insanları sonsuza qədər qapının ardında qoymalıdır.
Heç kimə heç nəyi sübut etməyin. Gözəllik görünür, ağıl bilinir, səmimiyyət isə hiss edilir. Hər kəs layiq olduğunu tapsın deyə bəzən tutmaq yerinə buraxmaq, həmişə toplamaq deyil, arada bir dağıtmaq və hər zaman ağıllı olmaq deyil, arada bir dəli olmaq lazımdır.
Ətrafınızda sizə dəyər verən, sizi sevən və hətta doğum gününüzə sizdən daha çox sevinən insanlar saxlayın. Hər şey yaxşı olacaq. Tarixi dəqiqləşdirməsəkdə olar, sənin başına gələn hər şeyin müəllifi özünsən.


-Məndə iki şey bir biri ilə döyüşür,onlardan biri getmək istəyir,o birisi isə qorxur amma onların hər ikisi hisslərimdir,yəqin ki,hər ikisi yaramazdır.


-Bəzi intiharlar ruhsaldır,görə bilməzsən..


-Tanrı,sizə istədiyiniz insanları deyil,ehtiyacınız olan insanları verir.Belə ki,bu insanlar sizə kömək edəcək,sizi incidəcək,sizə acı verəcək,sizi tərk edəcək,sizi sevəcək və siz olmanız gərəkən insana çevriləcəksiniz..


-Bir insan söylədiyiniz sərt bir sözə cavab vermədiyində qürur duymayın özünüzlə.Onun yarasına basdığınız üçün danışarsa,ağlamaqlı olub səsinin titrəyəcəyindən susmuşdur o.Və o saniyədən sonra dilədiyiniz üzrün o an ki üzüntüyə yaxşı gələcəyi söylənilməz.Bağışlanılar amma unudulmaz.Qırmayın..


-Ayrılsazda çox gözəldi deyə biləcək qəlbiniz olsun.Yaşanarkən gözəl olan şeylərin artıq yaşanmayacaq olmasının sizi çirkinləşdirməsinə icazə verməyin..
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri