Sevgi içib sərxoş olmaqdır. Nəyə içdiyini, kiminlə içdiyini bilərək.

Müəllif: Aykam2001
Şərhlər: 1
Baxılıb: 2 198
Səs ver:
(səs: 0)
Sevgi içib sərxoş olmaqdır. Nəyə içdiyini, kiminlə içdiyini bilərək. Sevgi uşaqlıq etməkdir. Yıxılıb qalxmağını bildiyin bir oyundur. Sevgi gecən xeyrə qalsın deyil. Əksinə sabaha qədər onunla danışıb səhəri birlikdə açmaqdır. Sevgi gözləməyi öyrənməkdir. Bu dəqiqə zamanı deyilsə belə, nə zamansa olacaq deyə səbr etməkdir. Sevgi kəşfdir, səyahətdir. Düşünməyin uzaq yerlərə saçının ucunda başlayıb,ayaq barmaqlarına qədər gəzməkdir, onu izləyərək. Sevgi zorla bir şey deyil, sevişək deyə deyil, demədən sevişməyi etməkdir. Və bunu da qarşındakı insanın istəməsindən əmin olmaqdır. Sevgi qısqanclıqdır. Sevdiyi şəxsin nəfəsinə sahib çıxmaqdır. Əsən küləyə saçlarını qısqanmaqdır. Gizlətdiyi gözlərinə bu dünyanı qısqanmaqdır. Əllərilə daşıdığı kitabları, boynuna asdığı boyunbağları qısqanmaqdır. Sevgi qorumaqdır. Sevgi ən sevdiyin şeyləri bir insan ilə bölüşməkdir. Birlikdə etməkdir. Sevgi evinizdə ən sevdiyiniz əşyaların yerini dəyişilməsidir, buna qəbullanmaqdır. Sevgi birinə təslim olmaqdır. Sevgi saatın neçə olduğunu bilərək hələ tezdir deməkdir. Sevgi birini nəfəsin kəsilənə qədər qucaqlamaqdır. Xoşbəxtlikdir. Sevgi gecənin bir yarısı işim var, gedirəm demək əvəzinə qalıb daha çox danışmaqdır. Doğmalıqdır. Sevgi xəyal qurmaqdır. Sevgi oyandığında xəyalların doğru olmasıdır. Sevgi oyandığında yuxunuzda gördüyünüzü yanınızda görməkdir. Sevgi bir nəfərlik yatağa iki nəfərin sığışmasıdır. Yaxınlıqdır. Sevgi bir evin açarını iki edib, birinə güvənərək verməkdir. Sevgi "əlvida" deyib, bir gün mütləq şəkildə qarşılaşacaqlarını bilməkdir. Alın yazısıdır. Sevgi qəlb ağrısıdır.Həyatın sizə verdiyi dərsdir.Sevgi pəncərəyə baxdığında külək səsi ilə onu xatırlamaqdır.Sevgi hər gün onu düşünüb yanında olmadığın hər ana məyuslanmaqdır. Sevgi sadəcə iki insana məxsus olan bir şeydir, danışılmayacaq qədər gözəl, danışdığında heyran qoyacaq qədər möhtəşəm hekayələrdir. Bir sözlə sevgi sizsiniz, onu sizi sevən insana bəxş etmək də sizin əlinizdədir. Sevinki daha çox seviləsiniz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri