Münasibətlərdə edilən 6 səhvi təkrarlamayın

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1832
Səs ver:
(səs: 0)
1/6. ƏYLƏNMƏYİ UNUTMAYIN
Həyat çox çətindir və siz öz gərgin iş qrafikinizə görə sevdiyinizə vaxt ayıra bilmirsiniz. Ancaq birlikdə əylənmək üçün mütləq vaxt ayırmağa çalışın. Çünki münasibətləri əyləncəli anlar və zarafatlar gücləndirir.

2/6. KİÇİK JESTLƏR ETMƏKLƏ MÜNASİBƏTİNİZƏ RƏNG QATIN
Bəzən insanların sevgisinin və sizə olan marağının daimi olduğunu düşünürsünüz. Münasibətlərinizə laqeyd yanaşmayın. Bacardığınız qədər sevginizi göstərin. Bunun üçün Sevgililər günü və ya hər hansı bir önəmli günü gözləməyin. Kiçik jestlərlə də öz sevginizə verdiyiniz dəyəri göstərə bilərsini

3/6 SEVDİYİNİZ İNSANI GÖZARDI ETMƏYİN
Əsəbləşdiyiniz zaman sevdiyinizi gözardı etməyin. İnsanların fikir oxumaq kimi bir qabiliyyətləri olsaydı münasibətlər öz axarında davam edərdi. Belə bir şey olmadığına görə əsəbləşdiyiniz zaman susaraq deyil, probleminizi danışaraq həll etməyə çalışın. Susaraq bir-birinizdən uzaqlaşmaq yerinə, danışaraq həll etdiyiniz problemlər münasibətinizi daha da gücləndirəcək.

4/6 DEDİKLƏRİNİZƏ DİQQƏT EDİN
Hirsiniz, istəmədən bəzi sözlər deməyinizə səbəb ola bilər. Mübahisə zamanı etdiyiniz “Ayrılıq” təhdidləri münasibətinizə ancaq ziyan vuracaq və aranızda soyuqluq yaranacaq. Ona görə də əsəbləşdiyiniz zaman 10-a qədər sayın. Bəs etmədisə 100-ə qədər sayın, hətta dilinizi dişləyin. Çünki güvən olmayan bir münasibət uzunömürlü ola bilməz

5/6 MÜNASİBƏTLƏRİNİZİ BAŞQALARI İLƏ MÜQAYİSƏ ETMƏYİN
Dostlarınızın və ya ətrafınızdakıların münasibəti çox romantik və ya problemsiz görünə bilər. Sosial şəbəkələrdə mükəmməl, olaraq təqdim olunan münasibətlər əslində göründüyü kimi olmaya da bilər. Çünki iki insanın arasında olanları onlardan başqa hec kim bilməz. Siz də öz münasibətlərinizi başqaları ilə müqayisə etməyin. Çünki gördükləriniz hər zaman dogru deyil.

6/6 TƏMBƏLLİYİ ARADAN QALDIRIN
Bal ayi mərhələsi keçdikdən sonra münasibətlərdə bağlılıq və maraq nisbətən azalmağa başlayır. Ümumiyyətlə, münasibətlərinizə ziyan vuran önəmli faktorlardan biri də təmbəllikdir. Çünki qayğı, diqqət görmək istəyi insanın yaradılışında var. Sevginizin xətrinə təmbəllikdən uzaq durun. Sevdiyinizi qucaqlayın, öpün. Kiçik jestlərlə böyük fərq yaradın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri