Gecələr yatmaq üçün deyil,darıxmaq üçün var sanki....

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 3 926
Səs ver:
(səs: 4)
Bütün qədəhlərimi həmişə sənə qaldırıram, Həmişə sənin üçün bu bir bir boşalan qədəhlər ümidsizliyim, sərxoşluğum sənin əsərin.

Gedərəm mən ümidsizcə yelkənsiz gəmi məsəli, həsrətin vurur məni vəfasız bir xəncər kimi. Sanmaki qorxuram mən ölümdən acı ayrılıqdan qorxuram. Sən sənsizlik nə deməkdir bilməzsənki, ayrılıqdan acı ölümdən gerçək...

Gecələr yatmaq üçün deyil, darıxmaq üçün var sanki...

Darıxmaqdan daha çətin bir şey varsa o da darıxdığını darıxdığın adama söyləyə bilməmək.

Sevgimə layiq olmayan sən ahıma qurban olmağa alışarsan.

Xatirələr iz buraxır onu göz yaşları kimi silə bilməzsən!

Bəlkə də əbəs yerə yazıram. Bəlkə də əbəs yerə səni narahat edirəm. Məqsədim bu deyil mən sadəcə səni unutmadığımı xatırlatmaq istəyirəm.

Bilirəm bu gün qulaqların bir başqa çınlayacaq, anlayacaqsan səni yenə necə andığımı, darıxdığımı əllərin titrəyəcək, gözlərin yollarda qalacaq, səndə hiss edəcəksən ürəyimdə nələr hiss etdiyimi!

Bax yenə soldu günəş, yenə axşam olur, ömrümün qədəhinə sənsiz bir gün daha dolur, sən yoxsan deyə inan dərdliyəm kədərliyəm, gəlməsən qəhrdə boğularam, yıxılaram sevgilim dadın sinmiş suyuna, daşına torpağına, bu şəhərdə nə varsa sənə bənzəyir. 

O zaman ki insan ağlamaq istər, gözlərindən yaş gəlməz! O zaman ki gülmək istər, ürəkdən gülə bilməz. Ozaman ki birini gözləyərsən amma o heç gəlməz! Bax o zaman ölmək istəyərsən amma əcəl gəlməz. 
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri