Kiminlə yatırsan yat,qəlbindəki ilə oyanacaqsan...

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 3 823
Səs ver:
(səs: 0)
Zamanla necə dəyişər insan, hansı şəkilimə baxsam sanki mən deyiləm...

Zaman heçkimi gözləmir...

Zaman unutdurmaz, öyrəşdirər...

Mən bilmirəm mənim gələcəyim necə olacaq, ama ümid edirəm ki sən orda varsan..

Keçmişini unut, özünü bağışla və yenidən başla.

Boğuluram bir zamanlar səninlə qurduğumuz xəyallarda...

Zamanənin vəbası:
Xoşbəxt olmayan insanlar, xoşbəxt şəkillər...

Bəzi keçmişlərdə ciyərimizi buraxdıq....

Zamanla deyil, dua ilə gözəl olacaq hər şey...

Zamanın dəyərini, zaman keçdikdən sonra anlayırıq ...

Bu həyatda ən qiymətli şey zamandır.. kimə hədiyyə etdiyinizə diqqətli olun..

Biri çıxmalı qarşıma. Gözlərimin içinə baxaraq: "Keçmişini silərəm sənin " deməli

Zaman hər şeyi bağışlayır, amma mən zaman deyiləm..!

Heç kimə sizə istədiyi zaman dönəcək qədər şans verməyin..

Dəyərini,əhmiyyətini yüksək qiymətləndirmə. Səni heç tanımamış kimi, səndən imtina edə bilərəm...!

Gün gələcək sən axtarıb arayacaqsan, onda da mən gəlməyəcəm arzulaya-arzulaya qalacaqsan..!

Heç kim sənin kimi sevmədi... Deyəcəksən bir gün...!

Ağlın başına gələndə, məni ağlına gətirmə...!

İşi düşəndə mesaj yazana ,işim düşəndə cavab yazacam...!

Üzümə bax dedi, hansı üzünə dedim ... Susdu...!

Əlçatmaz deyiləm,sadəcə ucuz insanlara bahalı gəlirəm...!

Kölgənə yazığım gəlir, səni adam bilib arxanca gəlir...!

Arxamca quyu qazanlar. Fəhləliyə davam...!

Bir vaxtlar səni sevməyimlə qürur duyurdum. İndi adını deməyə utanıram mən..

Çox göylə getmə,bir gün sən də endirim kompanyasına düşərsən.

Həyatımdan çıxıb gedənlər üçün dönüş biletləri satılmır...!

At kimi gedən,it kimi geri dönər...!

Arxamdan danışmağa davam edin, çünki qarşıma çıxacaq qədər böyük deyilsiniz..!

Bundan sonra nəfəs belə olsan, almaram səni...!

Kiminlə yatırsan yat, qəlbindəki ilə oyanacaqsan...

İçimdə yarım qalmış bir sevginin kədəri var...

Darıxdığın halda qucaqlaya bilməmək deyə bir hiss var. Yaşayanlar bilər..

Qısqanmağın nə mənası var ki, ona başqaları ilə danışmaq xoş olduqdan sonra...

Sarılıb sənə o qədər danışmaq istəyirəm ki, içimdəkiləri... Əlimdən gələn sadəcə susmaq ikən...

Sıradakı mahnı...Səni mənə gətirsin...

Məni də apar sən olan uzaqlara...

Səni ağlıma gətirəcək bir çox musiqi varkən, amma yanıma gətirəcək heçnə yoxdur...

Gəl boynuma dəyən nəfəsinlə sakitləşə bilərəm...

Üzmərəm səni demişdi,hər sözüylə məni üzən adam...

Bəzi toxunuşların izi keçməz...

Qiyabi tələbə kimisən ürəyimdə. Adın gedir özün yoxsan...

Unutdum desəm inanma. Sən ürəyimdə indidə varsan.

Mən səni qarşılıqsız və çarəsizcə sevirəm.

Qaça-qaça boynuna sarılıb, nəfəsim kəsilənə qədər qucaqlamaq istəyirəm.
Sizin keçdiyiniz yollardan, biz vazkeçəli çox oldu...

Sən mənim heç vaxt unutmadığım tək insan olaraq qalacaqsan...

Geri qayıtmır, çünki hələ sənə ehtiyacı yoxdur..

Səni heç vaxt bağışlamıyacam, məni başqası ilə xoşbəxt olmağa məcbur etdiyin üçün...

Bəzən yanlış seçimlər bizi doğru yerə gətirir...

Səsi dəyişməmişdi lakin tam fərqli sözlər deyirdi...

Səndə olan ən gözəl şey mənim sevgim idi.. Artıq gözəllik qalmayıb səndə....

Getməyi belə bacarmayan insanlar var, ya xatirəsi qalır ya acısı...

İçimdə öldürdüyüm cümlələr var, onların qatili sənsən...

Danışmaq istədiyim çox şey var, və danışmaq istədiyim tək insan var.

İmtahanımsan...keçəcəm addım addım..

Hara baxıramsa, izlərin var silinməyən...

Bəzi şeylər yaşandı və bitdi demək haqsızlıq olar, bəzi şeylər yaşandı və yarım qaldı....

Bir zaman mənim olan əllərin, indi niyə ellərin?

Mən özümə gələ bilməzkən, o başqasına getdi ..
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri