Sevgi var, Pul yoxdursa nə etməli? – “14 FEVRAL” BƏLƏDÇİSİ

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 3 246
Səs ver:
(səs: 1)
Həyat sevdiyin və paylaşdığın zaman gözəldir. 14 Fevral Sevgililər günü ərəfəsində bütün sevənlərin ürəkləri həyəcan çırpınışları ilə dolur. Özəl günləri qeyd etməyi sevirsinizsə, çiçək və ya hədiyyə almaq, yeməyə dəvət etmək kimi təlaşlarınız olacaq. Bəs, əgər bunun üçün büdcə ayırmamısınızsa, onda nə etməli?

Rəngarəng vitrinlərə və 14 Fevrala özəl endirimlərə məhəl qoymayıb, özünü alış-verişdən saxlamaq çox çətindir, sadəcə kartlara güvənib borclanmaq isə büdcəni sarsıdar. Sizə hədiyyə etməyin formulunu təqdim edirik.

Hədiyyə alış-veriş məhsulu deyil.
Əgər bayramın son tarixində qaçhaqaçda sevgilinizə qarşınıza çıxan ilk bir şeyi alırsınızsa, onda sadəcə bir məhsul almış olursunuz, hədiyyə deyil. Belə etməyin.
Qiymət önəmli deyil, hədiyyə diqqət, qayğı, dəyər istəyir, o, məxsusi və özəl olmalıdır.
Verə biləcəyiniz ən gözəl hədiyyə – Hər şeydən daha qiymətli olan zamanınızdır. Ürəklə və duyğu ilə edilmiş heç nəyi pul ilə satın almaq olmaz.
Hədiyyələrə xərclənən pula gəldikdə isə hər kəsin fərqli düşüncəsi ola bilər. Bir-birinizi tanıyın, anlayın və hörmət edin.

HƏDİYYƏ BÜDCƏSİ
Sevdiyiniz şəxslərə hədiyyə verə bilmək üçün illik büdcə ayırın, yəni gündəlik həyatınızda pul bölgüsü edəndə, hədiyyələr ayrılmış bir fondunuz (daxılınız və ya hesabınız) olsun. Bu zaman ad günlərini, ildönümlərini, fərqli özəl günləri və bayramları qeyd etmək üçün vəsaitiniz olacaq.
Özəl günlərin siyahısını öncədən bəlli edin.
Bu büdcəyə limit qoyun. Yemək, hədiyyə, hədiyyənin bağlanması. Hər özəl gün üçün büdcədən xərcləyin. Diqqət edin ki, limitinizi aşmayasınız və hesabları qarışdırmayasız.
Hədiyyə seçərkən qarşınızdakı şəxsin nəyə ehtiyacı olduğunu düşünün. Sadəcə bahalı, diqqət çəkən və dəbdə olduğu üçün və ya sadəcə “hədiyyə etmək xətrinə” nəsə almayın.
“Əşyalara deyil, təcrübələrə xərcləyin”. İkinizin də sınamaq istədiyiniz bir məşğuliyyət və ya getmək istədiyiniz bir yer və ya tədbir varsa, prioriteti ona verin. Təbii ki, büdcə daxilində.
Qiymət araşdırması edin. Hər şeyi son ana saxlayıb, ən bahalısını almayın.
Yaradıcı olun, Yaradıcı hədiyyə ideyaları ilə tanış olsun.
14 Fevralı tamamilə sevdiyinizə həsr edin. Həmin gün telefona və internetə alüdə olmayın. Email-inizi yoxlamayın. Sadəcə sevdiyiniz insana və birlikdə keçirdiyiniz vaxta fokus olun.

Səni xoşbəxt etmək üçün nə edə bilərəm?” -deyə soruşun ondan.

SAHİB OLMAQ ƏVƏZİNƏ “YAŞAYIN”
Araşdırmalara əsasən, “xatirələrin” gətirdiyi xoşbəxtlik, “əşyaların” verdiyi xoşbəxtlikdən daha uzunömürlüdür. Çünki sınaqlar və təcrübələr həyatımızı daha rəngli və zəngin edir, münasibələrimizi qüvvətləndirir.

Məsələn, sevdiyinizin təxmin edəcəyi bir hədiyyə almaq əvəzinə onu təəccübləndirin. Romantika üçün bahalı yerlərə, restoranlara və tədbirlərə getməyə elə də gərək yoxdur.

Nümunə kimi, indi insanlar fotoların bir çoxunu sosial mediada paylaşır və hər şey sadəcə mediada virtual qalır. Halbuki albom vərəqləmək də gözəl bir adətdir. Birlikdə yaşadığınız ən gözəl xatirələrinizi əks etdiriən fotoları çap edib, altında qeydlər qoya, arzularınızı ürəyinizdən keçən cümlələr ilə ifadə edə bilərsiniz.

ÖZÜNÜ SEV
Heç yerə qaçmır, başqa yerə getmir, hər zaman səninlə… Kimdir bu?

Cavab: Özünüz. Özünüzü sevin, özünüzə hörmət qoyun, içiniz fərəhlə dolsun, həyatınız çiçəklənsin. Hər gün bunu özünüzə deyin: “Ruhum, beynim, vücudum səni çox sevirəm”. Biz özümüzü sevməsək, başqası bizi sevsə, nə olacaq ki?..

Evlilik və ya ikili münasibət “Mən” və “Sən”i qoruyaraq, “Biz” olmaq sənətidir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri