Sevgilinizlə barışmağın üsulları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2640
Səs ver:
(səs: 0)
1. Özünüzə hörmətlə yanaşın
Özünü münasibətə qurban vermək asandır, amma bəzən bir müddət sonra, məğlub olduğunu zənn edərsən.

Həm özün, həm də partnyoruna sərbəstlik tanımaq son dərəcə vacib məsələdir. Hobbi və maraqlarınızı qoruyun və sizin üçün əhəmiyyət daşıyan şeylərdən imtina etməyin.

BBC Radio 4-ün Something Understood verilişinin aparıcısı ravvin Harvey Belovski özümüzü tanımaq və dəyər verməyin əhəmiyyətini anlayır: “Yaxşı münasibətlərin yalnız şəxsi inkişafa zəmin yaradan və buna həvəsləndirən münasibətlər olduğuna inanıram. Partnyoru sıxmaq yox, sağlam və kamil münasibət bəsləmək lazımdır.”

Ayrı vaxt keçirin və birlikdə keçdiryiniz vaxt daha da keyfiyyətli alınacaq.

2. Mübahisədən çəkinməyin
Fərqlilik və fərdin müxtəlifliyi anlaşılmazlıqlarla nəticələnə bilər. Lakin partnyorluq və ya dostluqda mübahisələr heç də pis hal sayılmamalıdır.

Münasibətlərimiz aramızdakı fərqlər sayəsində güclənir və inkişaf edir və partnyorluq müxaliflikdən doğur.

Əsas məsələ həmin mübahisə ilə necə başa çıxdığınızdan asılıdır. Tanınmış cütlük terapevti Esther Perel, mübahisəni həll etmək üçün anlayış duyğusunun əhəmiyyətinə inanır.

“Qarşınızdakı insanın nələr yaşadığını qəbul edin”, anlayış göstərin və üzləşdiyiniz problemlərdəki payınıza məsuliyyətlə yanaşın, Esther vurğulayır.

Qarşı tərəfin yanlış hərəkətlərinə köklənməkdənsə, özünüzə sual edin: mən nəyi yanlış edirəm və necə dəyişə bilərəm?

3. Birlikdə əylənin
“Birgə keyfiyyətli vaxt keçirin” köhnə deyim olsa da, aktuallığını heç vaxt itirmir. Münasibətinizi birgə bazarlıq və ev təmizləməklə tamamlanan bir hala gətirməyin.

Bir-birinizdən həzz almaq və maraqlı anları paylaşmaq üçün müəyyən vaxt sərf edin – yaxşı şam yeməyi, akvariuma səyahət, yataqda tənbəl səhər yeməyi.

İşi çox olan dostlarla vaxt keçirməyə zaman ayırmaq xüsusilə çətin ola bilər, ona görə də mütəmadi bir tarix seçməyi sınayın: hər ayın üçüncü çərşənbə axşamı Hind şam yeməyi və ya illik düşərgə.

4. Fikirlərinizi aydın ifadə edin
Sadə anlaşılmazlıqlardan yaranan nə qədər mübahisəniz olub? Narazılıq və mübahisələrdən yayınmağın əsas yolu fikirləri aydın və effektiv şəkildə ifadə etməkdir.

İsmarış və ya e-maili göndərməmişdən əvvəl bir daha oxuyun – nə demək istədiyiniz anlaşılacaqmı? Əgər əmin deyilsinizsə, üz-üzə söhbət və ya FaceTime ilə zəng etməyi sınayın.

5. Bir nəfərin sizin “hər şeyiniz” olacağını gözləməyin
Biz həyat yoldaşımız və ya partynorumuzu bəzən həddən artıq təzyiq altında saxlayırıq: həm emosional söykənəcək, həm də sevgilimiz, dostumuz, yoldaş, sirdaş və maddi dəstəkçimiz olmasını istəyirik.

Onlar sadalananlardan hansındasa uğursuz olduqda bütün münasibətimizi sorğulayırıq.

Bəzən məsləhət, söhbət və ya dərdləşmək üçün partnyorunuzdansa bir dostunuz və ya ailə üzvünüzün yanına getmək həm sizə, həm də ona yaxşı gələ bilər.

Unutmayın ki, evlilik və ya partnyorluğunuz həyatınızdakı əsas münasibət olsa da, yeganə münasibət deyil.

6. Yaxşı anları qeyd edin
Həyat çətin ola bilər, buna görə də yaxşı hadisələri bir mahnı və rəqslə qeyd edin.

Əgər dostunuzun övladı dünyaya gəlibsə və ya partnyorunuz uzun müddətdir gözlədiyi vəzifəyə qalxıbsa, bir şampan açmağa və kabab çəkməyə dəyər.

Yaxşı xəbərləri qeyd etmək sizi bir-birinizə daha da yaxınlaşdıracaq.

7. Həssaslığınızı gizlətməyin
Yaxınlıq və məhrəmlik ürəyinizi açmağa kömək olar. Əgər həssaslıq göstərsəniz, narahatlıq və qorxularınızı bölüşsəniz və kömək istəsəniz, qarşınızdakı insanlar da bunu edər.

Apardığı minlərlə müsahibələrdən sonra, tədqiqatçı Brene Brown əlaqənin sirrinin həssaslıq olduğu nəticəsinə varıb.

“Heç bir münasibət – istər emosional, istər mənəvi, istərsə də fiziki yaxınlıq – həssaslıq olmadan irəliləyə bilməz,” o deyir.

Leonard Cohen məşhur mahnısında dediyi kimi, şüaların içəri keçməsini təmin edən məhz çatlardır.

8. Mehriban olun və qədir bilin
Sevdiklərimizi bəzən adi qəbul edirik və hər zaman yanımızda olacaqlarını düşünürük. Bu səbəbdən mehriban olmaq və onların varlığına şükür etmək lazımdır.

Sizə edilən yaxşılıqlara sevgi ilə yanaşmaq gərəkdir. Əgər kimsə yadınıza düşürsə, onlara ismarış və ya e-mail yazın. Əgər bir dostunuz və ya partnyorunuzun həkim ilə vacib bir görüşü varsa, nəticəsi ilə maraqlanın.

Əgər dostunuz nasazdırsa, ona tez sağal açıqcası yollayın. Kiçik və xüsusi jestlərin yerini heç nə verməz.

9. “Həyatınızın adamını” tapmağa çox köklənməyin
Populistik mədəniyyət bizə “o tək insanı” tapmağı aşılayır. Esther Perel deyir ki, bu deyim müasir rəqəmsal münasibət quran insanları çaşdıra bilər: barmaq uclarımızda milyonlarla potensial ruh əkizi olduğu halda, doğru insanı necə tapmalıyıq ki?

Əslində isə, Esther deyir, tapa bilmərik. Lakin unutmamalıyıq ki, “həmin o tək insan deyilən şey mövcud deyil. Seçdiyiniz insan olur və həmin insanla necə münasibət qurmaq istədiyinizi özünüz müəyyənləşdirməlisiniz.”

Uğur və ya uğursuzluq “həmin insanı” tapııb-tapmadığınızdan yox, uzlaşmağa hazır biri olmanız və münasibət uğrunda nələr edə biləcəyinizdən asılıdır!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2640
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1361
Xəbər sayı: 5
kivircik
Mehriban olunsa ve qedir qiymet bilinse mubahiseler de az olar, olanda da tez unudular. Munasibetde kinlilik ve kusluluk seven biri deyilem
21 aprel 2020 23:46
5
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 2167
Xəbər sayı: 109
Btsarmy;)
Sitat: _Tək_ İL_
Küsə bilsəm barışaram 122 bizdə küsmə söhbəti yoxdu. Ya bir dəfəlik nöqtə ya da ömürlük birlikdə

Ele mendede o veziyyeydi..../. (yalansaaaaaa 122)
21 aprel 2020 10:08
4
-^ A person starts dying when they stop dreaming...✌
Şərh sayı: 13390
Xəbər sayı: 297
Miss_Oxatan
Herden nese soz çep gelib mubahise etsekde kusmuruk.sozuvu dedin mubahiseni etdin bitdi etdi de.uzatmaq neye lazimdi.ay 1ci men addim atdim ya o atdi.menasiz ve yersiz temadi.ele vaxt olub ele mubahisemiz olub o moment yanimizda olan qorxub fikirlewibki vessalam ayrilar bunlar ne bariwasi)))kusmek nedi bur evin icinde.soz oldu birini sen dedin bewini o vessalam.hele ki ailesense uwaq uwaq uzatmaq duz deyil
21 aprel 2020 01:02
3
#flatearth
Şərh sayı: 878
Xəbər sayı: 19
_Tək_ İL_
Küsə bilsəm barışaram 122 bizdə küsmə söhbəti yoxdu. Ya bir dəfəlik nöqtə ya da ömürlük birlikdə
21 aprel 2020 00:09
2
Dəli ^_^
Şərh sayı: 6007
Xəbər sayı: 0
Cema_Axodova
Sevgilim heyat yoldawimdi onunla kusende de hec zaman men bariwmiram sehv mende olsada.bir az naz-naz xanimam.oda hikkeme beleddi ozu daniwdirar birinci.sonra aydinliq getirende uzr isteye bilerem ama hec zaman 1ci addim atmaram.
20 aprel 2020 23:13
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri