Kimsəyə çirkli ayaqlarıyla, beynimdə gəzmə fürsəti vermərəm!

Müəllif: Diablo
Şərhlər: 11
Baxılıb: 5 054
Səs ver:
(səs: 0)
Adam olmaq, heç kim görməsə belə doğru olanı etməkdir. - J. C. Watts

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.

Xoşbəxtliyi səndə tapan sənindir. Qalan hər kəs həyatında yalnızca bir qonaqdır.

Axmaq qabaqda durur ki hamı onu görsün.Ağıllı arxada durur ki,o hamını görsün.

Əgər səni anlamaq istəmirlərsə, bu yanlış olduğun üçün deyil, yalnız olduğun üçün də ola bilər.

Anlamayanlar üçün dilimi, dəyərsizlər üçün qəlbimi yormadığım gündən bəri xoşbəxtəm. - Kurt Vonnegut

Öz dəyərini görməyə başladığında onu görməyənlərin ətrafında olmaq daha çətin gəlir.

Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə, bütün həyatını izah etmək istəyərsən.

Yadıma düşmə deyə dinləyə bilmədiyim mahnılarım var mənim.

And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol.

Mən söylədiklərimə cavabdehəm, amma sizin nə anladığınıza cavabdeh deyiləm...-Miguel Ruiz

Söz çoxluğu ağıl boşluğundan olur.

Söz ağızdan çıxana qədər o sənin qulundur, ağızdan çıxdıqdan sonra isə sən onun qulusan.

Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur.

İnsan; Ağlındakılarla gündüzlər, ürəyindəki ilə gecələr mübarizə edərmiş.

Eşq saqqızdan çıxan sözlər qədər sadə olmağa davam etdikcə, insanlar da onu çiynəyib tüpürməyə davam edəcəklər.

Gəmi suda olanda batmır, su gəmidə olanda batır.

Ona görə də, ətrafınızdakılar yox, öz içinizdəkilərə diqqət edin.

Yanlış bir qəlbdə olmaqdansa, yalnız olmaq yaxşıdır.

İtirdim sandıqların, xilas olduqlarındır bəlkə...

İnsan birisi ilə yaşlanmalı, birisinə görə deyil. - Nazın Hikmət

Əslində kişilər də 'qırmızı kitaba' düşməlidir. Axı onların da sayı azalıb.

Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm.

Bəlkə də ehtiyacımız olan tək şey, dəyər verincə dəyişməyən insanlardır.

Qadındır müqəddəs, qadındır yüksək, Həyata anadır, ömürə bəzək, Qadını sevməyib onu incitmək, Duyğusuz insanın qəbahətdir. - Nizami Gəncəvi

Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan.

Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.

Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?

Bəsit qadın gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var... - Anton Çexov

Eşq bəzən; əsla sahib olmayacağın birini sevməkdir.

Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim?

Hər şirin sözə inanma. Unutma ki, ağzında bal olan arının quyruğunda iynəsi var. - La Edri

Itlərin qardaşlığı aralarına sümük atılana qədərdir.

Bəzi insanlar sizə sadiq deyildir.Sizə olan ehtiyaclarına sadiqdirlər. Ehtiyacları dəyişdikdə, sədaqətləri də dəyişər. - R. Will

Yaxşılıq edirmiş kimi görünməyin. Yaxşılıq edin və görünməyin!

Nadana elm öyrətdilər,dönüb alim oldu,adam olmadı.

Cahilə bir şeyi sübut etmək asandır, ancaq qəbul etdirmək çətindir.

Bu həyatda 3 şey boşunadır: - Axmağa nəsihət vermək - Cahil ilə mübahisə etmək - Və ikiüzlü ilə dostluq etmək.

Bir insanı tanımaq istəyirsənsə digərlərinin onun haqqında dediklərinə yox, onun digər insanlar haqqında nə dediklərinə fikir ver. - Woody Allen

Heç bir zaman məğlub olmuram. Ya qazanıram, ya da öyrənirəm. - Nelson Mandelaa

Məqsəd başqasından yaxşı olmaq deyil, əvvəlki özündən yaxşı olmaqdır. - Dalai Lama

İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. - Charles Bukovski

Qazanması illər çəkən, qırılması üçün saniyələr bəs edən və dağıldıqdan sonra düzəlməsi üçün bir ömür gərəkən şeyə güvən deyilir.

- 'Yaxşı ki varsan' deməyin borc pul vermək olmadığını, - 'Lütfən' deməyin utanılacaq bir şey olmadığını, - 'üzr istəyirəm' deməyin insanı alçaldacaq bir şey olmadığını, - paylaşmağın özünü azaldacaq bir şey olmadığını, - kiçik bir gülümsəməyin bütün qapıları açdığını unutmayın.

Kimsəyə çirkli ayaqlarıyla, beynimdə gəzmə fürsəti vermərəm. - Mahatma Gandhi

Sən onun adını bilirsən, hekayəsini yox. Sən onun nə etdiyini bilirsən, nələrdən keçdiyini yox. Mühakimə etmə. Buraxın 'sənin üçün ölərəm' sözlərini. Əvvəl özünüz üçün yaşamağı öyrənin, sonra başqası üçün ölərsiniz. - Can Yücel

İnsan var - dərya kimidir, baş vurdunsa çıxmaq çətindir; İnsan var - divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; İnsan var - şüşə kimidir, dünyanı sənə göstərməyə çalışır; İnsan da var - ayna kimidir, səni özünə göstərməyə çalışır.

Övladlarımızı quzu kimi böyütməyək ki, böyüyəndən sonra onları qoyun kimi otarmasınlar. - Sədi Şirazi

Övladlarınıza varlı olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə ömürləri boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilmiş olarlar. - La Edri

Rüşvətlə evində xanımına, qızına paltar alan məmur, evində fahişə saxlayır. Çünki, o pullarda bir çox kişinin əməyi vardır! - Viktor Hüqo

Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar. Əgər həyat sadəcə sevinclə dolu olsaydı, heç bir zaman cəsur və səbrli olmağı öyrənə bilməzdik. - Helen Keller

Həyat, qırıq stəkandakı suya bənzər. İçsən bitəcək, içməsən də...Buna görə də həyatını dadını cixar. Çünki yaşasan da bitəcək, yaşamadan da...

Unutduqlarını xatırla, İtirdinsə, axtar, Darıxdınsa, get tap, İncitdinsə, üzr istə, İncidinsə, bağışla. Çünki həyat çox qısadır..

Nə şəhvət, nə yuxu, nə də ki yemək, Həyatın mənası olmasın gərək. Yeməyi, yatmağı bu aləmdə sən Eşşək, öküzdə də görə bilərsən... - Nizami Gəncəvi

Evlər böyüdü amma Ailələr kiçildi, - Zəka artdı amma Vicdan azaldı, - Kosmos yaxın amma Qonşu uzaq oldu, - Əlaqələr çoxaldı amma Xəstəliklər artdı, - Elm artdı amma İman azaldı, - Mənlər böyüdü amma Bizlər azaldı... Allah axırımızı xeyir eləsin!
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 5 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri