Günəşin sənə gəlməyini istəyirsənsə kölgədən çıx

Müəllif: Diablo
Şərhlər: 11
Baxılıb: 5 251
Səs ver:
(səs: 0)
Dünya bir teatrdır, insanlar isə onun aktyorlarıdır.

Getmə zamanı gəlmişsə 'dayan' demənin; vaxt keçmişsə 'qayıt' deməyin və eşq bitmişsə 'yenidən' demənin; heç bir mənası yoxdur.

Torpaq bir gün yağışın qiymətini anlayacaq, lakin o gün yağış yağmayacaq.

Təmiz əlləri olan insanların da kirli düşüncələri olur.

İnsanları yaxşı tanıyın. Hər insanı pis bilib pisləməyin, hər insanı da yaxşı bilib tərifləməyin.

Bəyəndiyiniz bədənlərə, xəyallarınızdakı ruhları qoyub, eşq sanırsınız.

Heç kim görmək istəməyən qədər kor deyil.

Nə qədər sürətlə qaçan belə, vicdanından qaça bilmərsən.

Dərdi dünya olanın, dünya qədər dərdi vardır.

İstədiyin insan olmaq üçün heç zaman gec deyil.

Belə gözəl bir səmanın altında bu qədər pis insan necə yaşaya bilir? Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq.

Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir.

Yüngül yaralar danışa bilər, amma dərin yaralar dilsizdir.

Məni öldürməyən hər şey, məni daha güclü edir.

Quş qonduğu budağın qırılmasından qorxmaz. Çünki, güvəndiyi budaq deyil, qanadlarıdır.

Günəşin sənə gəlməyini istəyirsənsə kölgədən çıx.

Gerçəyin düşməni çoxdur, yalanınsa dostu...

Dünyada çiçəkləməyən otlar, meyvə verməyən çiçəklər var!

Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli.

İnsanlar bugün hər şeyin qiymətini bilirlər ancaq heç nəyin dəyərini bilmirlər.

Kölənin bir ağası olur, tamahkar isə ona yardım edən hər bir kəsin köləsidir.

Bir zamanlar sahibi olduğunuz şeylər, gün gələr sizin sahibiniz olar.

Oyun bitəndə şah da, piyada da eyni qutuya qoyulur.

Cəhənnəm boşdur, bütün şeytanlar buradadır.

Hər kəsin üç şəxsiyyəti vardır; Ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı.

İnsan, təbəssüm ilə göz yaşı arasında gedib gələn bir rəqqasdır.

Hədəfi olmayan gəmiyə heç bir külək kömk edə bilməz.

Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir. Dünəndən öyrən, bu gün üçün yaşa, sabah üçün ümid et.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 5 251
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri