Toxuna bilmədiyimdən deyil, qıya bilmədiyimdəndi..

Müəllif: _pandam_
Şərhlər: 11
Baxılıb: 4 374
Səs ver:
(səs: 3)
Toxuna bilmədiyimdən deyil, qıya bilmədiyimdəndi..

Bədənləri keç o tərəfə. Gəl mən tərəfə birşeylər deyəcəm və gedəcəm. Toxuna bilmədiyimiz əllər var. Toxuna bilmədiyimiz dəniz ləpəli saçlar var. Toxuna bilmədiyimiz cənnət gülüşləri var. Toxuna bilmədiyimiz cəhənnəm olan göz yaşları var. Toxuna bilmədiyimiz biləklər var. Bir də körpücük sümüyü var. Bir çiyin çuxuru var ki baş qoyulası, öpüləsi. Toxuna bilmədiyimiz baxışlar var. Toxuna bilmədiyimiz rəngli gözlər var. Toxuna bilmədiyimiz divarlar var. Səni məndən, məni səndən ayıran toxuna bilmədiyim divarlar var. Ən əsası toxuna bilmədiyim sən varsan. O qədər incəsən ki, toxunsam sanki qırılacaqsan. Toxuna bilmədiyimdən deyil, qıya bilmədiyimdəndi..



İnsanın bəzən boş yerə güləsi, bəzən boş yerə ağlayası gəlir. Amma o boş şey
dediyimiz şey əslində çox doludu və qəlbimizi parçalayır...




• Sevgi tükənən bir hiss deyil əslində. Tükədən insanlar var. Sevginizi heçə sayan,
sizin sevginizə azacıq belə qiymət verməyən insanlar var. "Onsuz da sevir" deyən insanlar.
Aldadan insanlar. Yalan deyən insanlar. Sizə vaxt ayırmayan insanlar. Sevgi tükənən deyil,sizin içinizdə o hissi tükədən insanlar var..



‌İnsanlar “ küsmək ” nədir anlamazlar. Uşaqlıqdı deyərlər amma yalnış düşüncədi. Məncə küsmək, könlünü almağını gözləməkdi, canımı yandırdın, amma getmirəm deməkdi burdayam. Səhvini anla deməkdi. Amma insanlar bunu anlamırlar, bir səhvi düzəltməyə çalışmaqdansa, kökündən kəsmək istəyirlər. Dünya zərif qəlbli insanların yaşamağı üçün heçdə gözəl yer deyil. İncəlikdən, zəriflikdən anlamayan bir cahil ordusuna qarşı bəlkə də, sayı bir əlin barmaqlarını keçməyəcək qədər adam, mübarizə apara bilməz
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 374
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri