TEKLIYINI YAZIRAM

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 357
Səs ver:
(səs: 0)
TEKLIYINI YAZIRAM

Sənə yazıram, çünki düşünürəm və bir zamanlar var olduğumu bilirəm indi varammı yoxammı bilmirəm. Sanki təkliyim yuxusundayam gözlərimi açdığımda sənə geri dönəcəkmişim kimi bir qəribə və bir o qədərdə həyəcan verici bir hiss var içimdə amma bunu düşünmək belə istəmirəm, yalnız unutmaq bəlkə bir an üçün amma sonsuza qədər qeyri-mümkün.....
Dedim təkliyimi yazıram yazdıqca yüngülləşər kimiyəm hanı bir an qışqırıb qışqırarcasına səni sevirəm deyərsən və ardından durğun sulara dönərsən işdə onun kimi yüngülləşirəm. Nə istədiyimi tam olaraq seçə bilmirəm sənimi, təkliyimi, yoxsa yox olmağımı sən tərəfindən hansı? Səninlə olmaq tam olaraq tək qalmaq, tək qalmaq yox olmaq, yox olmaq isə sevdiyini anlamaqdır hansını seçsən seç sonu eyni böyük bir təklik. Təkliyin əsl adı sənsən, əslində tək başına sən deyil sən və o məktubun sadece yanıq küncü qədər

mənasız sevgin...

Qışqıra bilmirəm, günahlandıra bilmirəm çünki təkəm çünki hiss edə bilmirəm. Təklik yəni sən isə bunları xatırlamırsan belə. Yaşamaq köhnəsi kimi gözəl və mənalı deyil səbəbini soruşma böyük bir təklik kiçik bir sən və var olduğunu sandığım əslində var olmayan sevgin. Düşündükcə anlayıram köhnədəndə yəni təkliyimdə yəni səninləykən həyat darıxdırıcı, sıxıcı və mənasızmış yalnız ürəyimə örtdüyün ağ kəfəndən sevginin əks etdirdiyi bir neçə axmaq duyğu. Sənin təkliyinin səbəbidə sənsən, sənin sevgin eynilə bir siqaret kimi yandırdığın zaman içinə bir zəhər salar və öskürüb atmağa çalışarsan amma bacara bilməzsən bir nəfəs dahagötürərsən bir az rahatlayar və başı paylayarsan tökdüyün hər kül zəhərinin, sevginin, təkliyinin, vərdişinin bir kopiyasıdır yanar və dağılar. Geriyə yalnız içinə çəkdiyin zəhərinin xatirələri qalar. O zəhəri hər çıxarmağa çalışdığımda daha çox zərər verər bunları bil deyə yazmıram çünki bunları sən yazdırdın. İrəlidə o sevgidən anlamayan daş ürəyini yumşaldıb sənin mənə saldığın zəhəri sənədə salsalar səndə bunları xatırlayarsan amma məni xatırlamazsan çünki mən sənin zəhrinlə qarışıb başqa bir ürəyə girəcəyəm amma mən bunları deyil sevginin qeyri-mümkünlüyünü yazdıracağam və sən oxuduğunda yalnız bir tək şeyi anlayacaqsan

TƏKLİYİNİ..


 Dualarım, göz yaşlarım, ümidlərim, xəyallarım, sənin ən böyük günahların olub axirətdə yaxana yapışıb soruşacaqlar NİYƏ deyə amma sən ayrılırkendə etdiyin kimi susqun qalacaqsan və yalnız öz günahlarını deyil mənim günahlarımıda bərabərində aparıb cəzasını çəkəcəksən...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri