Yuxuda
keçmişə aid nəsə görməyi gələcəkdən xəbər verdiyi anlamına gəldiyinə
inanırıq. Yuxuda əvvəlki sevgilini görmək isə belə yozulur.
Sevgilisi
olanlar üçün yuxuda əvvəlki sevgilini görməyin yaxşı olmadığı yozulur.
Çünkü bu ayrılığa işarə ola bilər. Bəzi yuxu yozanlar isə əvvəlki
sevgilinizi yuxuda gülərkən görməyin ondan yaxşı xəbər alacağınıza
işarə verdiyini deyir.
Yuxuda əvvəlki sevgilinizlə gəzmək, arzu
və muradınıza çatacağınıza işarədir. Əvvəlki sevgilinizlə dava
edirsinizsə, bu evlilik kimi yozulur.
Yuxunuzda uşaqlıq sevgilinizi görmüsünüzsə, bu münasibətinizdə bağlılığızın az və sizin azad olduğunuza işarədir.
Əgər
yuxuda əvvəlki sevgilinizi sizi incidən, yaxud sizə qarşı laqeyd halda
görmüsünüzsə, onu rahat buraxmanızı və düşünməməyinizi istəyir anlamına
gəlir.
Yuxuda əvvəlki sevgilinizin sizi qaçırdığını görmək sizə qarşı hələ də hissləri olduğu mənasına gəlir.