2. İkinci sirr- Sevmək hörmət etməkdir
- Bir insanı sevmək üçün əvvəlcə ona hörmət etməyi bacarmaq lazımdır.
- Bundan əvvəl isə özünə hörmət etməyi bilməlisən.
3. Üçüncü sirr - Sevmək özündən hədiyyə verməkdir
- Əgər siz xəyal etdiyiniz ( arzusunda olduğunuz ) sevgini qazanmaq istəyirsinizsə əvvəlcə öz sevginizi verməyi bacarmalısınız. Sevginizi nə qədər çox versəniz, bir o qədər çox sevgi alacaqsınız.
- Sevmək - heç bir qarşılıq gözləmədən özündən sevdiyinə pay verə bilməkdir.
- Sevginin gizli sirri ondadır ki, heç vaxt ondan nə ala biləcəksiniz deyə düşünməyin, hər zaman sevdiyinizə nə verə biləcəyinizi düşünün.
4. Dördüncü sirr - Sevmək dostluqdur
- Təmiz sevgiyə sahib olmaq üçün əvvəlcə həqiqi dostluğa sahib olmaq lazımdır.
- Sevmək bir-birinə baxmaq deyil, sevmək həyata bir yerdə eyni gözlə baxmaqdır.
5. Beşinci sirr - Sevmək toxunmaqdır
- Toxunma - sevginin ən böyük göstəricilərindən biridir - maneələri aradan qaldıran və münasibətləri möhkəmləndirən.
- Toxunma - fiziki və mənəvi ruh halını dəyişərək insanları sevgiyə daha çox bağlayır.
- Toxunma - cismin dərmanı, ürəyin atəşidir. Sevdiyini qucaqlamaq üçün qollarını açdığın zaman ona ürəyini açırsan.
6. Altıncı sirr - Sevmək azadlıq verməkdir
- Əgər bir insanı sevirsinizsə azadlığını əlindən almayın.
Əgər o sizi həqiqətən sevirsə harda olur olsun və nə olur olsun sonda sizin yanınıza qayıdacaq və sizinlə olacaq, əgər bunun əksi olarsa, demək ki, o sizin deyil və heç vaxt da olmayıb.
- Ən güclü sevgilərdə belə insan bir az da olsa öz azadlığını istəyir.
- Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.
7. Yeddinci sirr - Sevmək ünsiyyətdir
İnsan düzgün ünsiyyət qurduğu an həyat daha gözəl olur.
- Sevmək - sevdiyin insanla düzgün ünsiyyət qurmağı bacarmaqdır.
- Sözlərinizlə, hərəkətlərinizlə sevdiyiniz insana onu sevdiyinizi və ona dəyər verdiyinizi göstərin.
- Heç vaxt bu möcüzəli 3 kəlməni deməkdən çəkinməyin: "Mən Səni Sevirəm"
- "Sevirəm" sözünün müqəddəsliyini və saflığını həqiqətən sevəcəyiniz insan üçün qoruyub saxlayın.
- Və sevdiyinizi sabah sizinlə olmayacaqmış kimi sevib qədrini bilin.
8. Səkkizinci sirr - Sevmək sədaqətdir
- Sevginizin səmimi və saf olmasını istəyirsinizsə sevdiyiniz şəxsə hər zaman sadiq qalın, bu sizin düşüncələrinizə və münasibətlərinizə müsbət təsir göstərəcəkdir.
- Əbədi sevgiyə sahib olmaq istəyirsinizsə hər zaman bu sevgiyə sadiq qalmağı bacarın.
9. Doqquzuncu sirr - Sevmək hisslərini göstərə bilməkdir
- Aşiq olduğunuz zaman keçirdiyiniz hisslər sevginizi sönməyə qoymayan atəşdir.
- Sevgi hissi insanda hər zaman ruh yüksəkliyi və xoş əhval-ruhiyyə yaradır.
10. Onuncu sirr - Sevmək etibar etməkdir
Etibar etmək - sevgi münasibətlərində ən mühüm rola malik olan hissdir. Etibar hissi olmayan insan hər zaman şübhə içində yaşayır və qarşısındakı insanın da həyatını zəhərləyir.
- Tam etibar etmədiyin birini sevmək mümkün deyil.
Sevmək möhkəmcə bağlanmaqdır, sarılmaqdır, toxunulduğu an ürək döyünməlidir.
Bunun adı eşqdir, xoşbəxtlikdir, ümiddir, səadətdir . . .