+++++++++++++++++Sən Məni Unuda bilməyəcəksən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 937
Səs ver:
(səs: 0)


Çox uzun zaman götürdü silib atmaq içimdəkiləri, bəlkə hələ bir yerlərdə şüşə qırıqları kimi kiçik parçalar halında dayanır köhnəlmiş sevdam. Süpürdüklərimdən qalanlar batar gün gəlir ayaqlarıma….


Çox uzun zaman götürdü səndən qalan ağrıları silmək; asan deyildi o qədər ili bir qələmdə yox etmək. Xatirələrimi silmək istəmədim, hamısı mənim parçam idi. Mənim dərdim o xatirələri hər xatırladığımda ürəyimdə ibarət yaranan bıçaq yarasından xilas olmaq idi.


Zaman deyilir ya, həqiqətən zaman və əlbəttə unutmağa könüllü olmaq lazım olurmuş bunun üçün; indi anladım. 


Sevdamı unutmaq istədimmi desən, insan ürəyində ibarət olan o böyük coşğunu niyə unutmaq istər ki? Amma səndən qalan ağrıları unutmağı çox istədim. Məndə yaratdığın o ağır halları, psixoloji təsirləri, ruhumdakı yaralı, sancılı, ağrılı halları silib atmağı istədim.


Səni deyil də, səndən üstümə yapışanları unutmaq istədim. Necə bir daha güvənə biləcəkdim bir kişiyə? Necə bir daha sevəcək cəsarəti tapacaqdım? 


Necə olacaqdı da səndən sonra gələnə ürəyimdəki bu qədər qanayan yaranı göstərmədən, içindəki ön mühakimələri, qorxuları, yorğunluqları silərək, sanki ilk dəfə onu görmüş gözlərəm kimi baxacaqdım?


Yenidən başlamağa cəsarəti haradan tapacaqdım? Haradan öyrənəcəkdim hər səfərində düşsəm belə kimsəyə deyil, özümə güvənməyi?


Səni unutmaq deyildi dərdim, heç bir zaman da olmadı. Məndə buraxdığın izləri silmənin arxasındaydım, ona görə bu qədər çalışdım.


Sonra bir gün, çıxıb gəldi qarşıma biri, baxdı o dərin okean gözləriylə. Bir anda gecə bitdi, ulduzlar getdi, mövsüm bahara döndü, günəş doğuldu. Demək dedim yenidən sevə biləcəyəm, demək yenidən öpə biləcəyəm birini. Nə varsa içimdə, hamısını izah etdim tək-tək, səndən qalan bütün ağrıları ürəyimdən çıxarıb masaya qoydum.  


Baxdı belə bir, gülümsədi yüngülcə, əlinin tərsiylə itələdi hamısını. Düşdülər! Yenidən yazılacaq tarix dedi. Tutdu əlimdən, getdik!


Mənimlə yaşadıqca həmişə daha çox parladı gözləri, xoşbəxt olduğunu söylədi, göstərdi, yaşatdı və dedi ki: "Bir adam səni bir dəfə sevmişsə, bir daha əsla unuda bilməyəcək!" Düşündüm də, haqlı idi!


Ona görə demək bezib usanmadan mənə dönmək istəyişin. Həmişə başı çıxarıb zaman aralıq məni idarə edişin, tək bir boşluq, açıq qapı tapsansa girmək istəyişin….


Mənim səndən qalan izləri unutmam asan olmadı yalanım yox amma səni unutmanın dərdinə heç düşmədim. İndi anlayıram ki; mən necə bir gün sənin gözlərini xatırlamayacaqsam, sən də inadına məni unuda bilməyəcəksən


Tərcümə Etdi: ShoKKi_MoKKi

 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri