++++++++++++Gedirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 938
Səs ver:
(səs: 1)

 

Artıq getmək vaxtıdır, yalnız getmələr qaldı mənə arxama belə baxmadan getmələr.. 

Yapışa bilmədiyim bir şey vardı əlbət həyatda, vaxtsız gələn insanlar vardı.. Sevmələr ağır idi, ürək qaldıra bilmədi.. Bir şey əskik idi, azaltdı və yedi bu ürəyi.

Bax gedirəm, 

Bir şey demədən, 

Arxamı dönmədən, 

Şikayət etmədən, 

 Yol ayrılmış görmədən gedirəm..

Bəlkə gedirəm, amma bil ki istəməyərək. Göz yaşlarımı hiss edirəm içimdə bir yerdələr, o necə bir yerdir, tərifsiz bir acı verir ki, mən bu ağrını sırf layiq olduğumu düşündüyümdən yol tapıb da süzülmələrinə icazə vermirəm. An gələcək tuta bilməyəcəm düşəcəklər, gözlərimi qırpmadan uzaqlara baxarkən elə isti axacaqlar ki bilirəm yanacaq bədənimi..

  

Nə küslük var nə peşmanlıq var ürəyimdə,

Gedirəm sanki sənin yanında,

Səsin uzaqlaşar hər bir addımda ,

Ayaq icazə almadam gedirəm


Sənə gəlmək ya da sənlə gəlmək səhv id.i Amma neyə görə kimə görə səhv idi onu soruşma mən belə bilmirəm..

 Layiq olduğum yaraları qanatmaya gedirəm. Bu yalnız səni mənsiz buraxmaq, mən sənlə yanmağa gedirəm. Üç qəpiklik dincliyimizi narahatlığa boğmağa gedirəm.. Özümə və sənə ən böyük haqsızlığı etməyə gedirəm..

 Səninlə ola bilməyəcəyimi bilmənin qəhrinə, doya doya, qanaya qanaya ağlamaga gedirəm. 

Yazdığım sətirlər əllərimi yandırır, talan olur hər bildiyim, viran inandıqlarım..

  

Gəldiyim tək ürəyində qırılmadı,

Könül quşu mahnıdan yorulmadı,

Mənə kimsə sənin kimi sarılmadı ,

Işıgımız sönmədən gedirəm.. 


Bil ki gedirəm..










(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri