HEYAT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 687
Səs ver:
(səs: 3)

 

http://imgs.su/tmp/1314766445-656.jpg

 

Bir kitabın səhifələrini ağır-ağır oxumaq kimidi həyat
Səhifələri çevirdikcə qarşına çıxacaq cümlələrin
səni hara aparacağını bilməmək kimidi

Yaşamın kənarında,
anlamanın hakim olduğu bir ruh halıyla oxumaq lazım idi
Çox vaxt hekayənin içində ki, qəhrəmanın kim olduğunu unutmaq,
yalnız oxumaq, oxumaq…

Bir başqasının həyatını kəşf etmək kimidi,
öz iç dünyanı kəşf etmək bəzən
Həzzi böyük idi
* * *
İllər içində,
Bir başqa gözlə qarşılaşınca səhifələrin birində,
qorxmamaq əldə deyildi
Bəlkə sənin kimi görə bilmirdi
Bəlkə sən də onun kimi görə bilməyəcəkdin heç bir zaman

O zamanlarda çevirərkən səhifələri ,
sən səsiz olacaqdın bəzən…
Oxuyarkən səsin çıxmayacaq,
susayarkən görməyəcəkdin bəlkə də kitabın
kölgə düşmüş səhifələrini
Yalnız barmaqların gəzişəcəkdi mənanın üstündə
Paylaşdığın yalnız anlamaq olacaqdı səhifələrin içində bəzən
* * *
Həyatın bilmirəm neçənci dərisində, bilmirəm neçənci səhifəsindəyəm…
Hər cür duyğunun xırman olduğu
Xoşbəxtliklərin ağ bir buluda yükləndiyi
Gün olub, yağış olduğu
Gün olub şam qanadında günəşə uçduğu
Ya da,
Hüznün bir sevimli kimi əlimi tutduğu…

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 3 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri