Dostdan sevgili olarmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 530
Səs ver:
(səs: 3)
"Kadim Aşk Ögretileri” adlı kitabın yazarı və psixoloq Cem Keçe dostdan sevgili olmaq haqqında danışıb. 

Psixoloq, bir-birini seən cütlüyün həm də dost olmasını, ayrılıqdan sonra dost qala bilməyin tamam fərqli olduğunu qeyd edir. Birincisi hər bir cütlüyün arzusudur, ikincisi isə çox da asan olmayan haldır. Çünki bitən hər sevgidə tərəflərdən birinin qəlbi daha çox qırılır və inciyir. Bu halda dost qala bilmək o qədər də real görünmür. İnsanın çoxlu dostu olmasına baxmayaraq, sevgilisi bir dənə olur. Bu baxımdan sevgi çox özəldir… Dostluq sevgiyə daha asan çevrilə bilir və çox rastlanan haldır.

Eks sevgili 
Kədərli ayrılıqdan sonra bir çox insan əvvəlki sevgilisini xilaskarı kimi görür.  Depressiyada olan müddətdə təsəlli verən biriniə ehtiyac duyur. Bu zaman yağışdan çıxıb yağmura düşmə ehtimalı yüksəkdir. Çünki  baş tutmayan münasibətlərə bir daha verilən şans, yaxşı nəticə vermir. Duyğusal anlarda qarşı cinslə yaxınlaşarkən nəzarəti əldən vermək olmaz. Hislərinizin sizi idarə etməsinə icazə verməyin.

Duyğularımız bizi səhvə apara bilər
Bitən sevginin ardından bir tərəfin digərinə böyük hirs bəslədiyi doğrudur. Hətta iki eks sevgili bir-birindən nifrətlə danışır. Psixoloq, mövsümlərin dəyişməsini qəbul etdiyimiz kimi, cütlüklərin də bir-birini olduğu kimi qəbul etməli olduğunu söyləyir. Ancaq sevmək üçün qarşımızdakı insanı yaxşı tanımaq lazımdır. Çünki insan ancaq yaxşı tanıdığı birinə dərin sevgi bəsləyə bilər. 

Vəfa və sədaqət
Psixoloq vəfalı və sədaqətli olmağı, cütlüyün odla imtahanı adlandırır. Bu imtahanın uğurla nəticələnməsi üçün duyğular arasında şəfqət hissinin də olması məcburidir. Xəstəliklərdə və çətinliklərdə həyat yoldaşına göstərilməyən şəfqət, sədaqət və qayğı gələcəkdə nifrət hissinə çevrilə bilər. 

Fədakarlığın çoxu zərərlidir
İlk vaxtların həyəcanı keçib və münasibətlər adiləşibsə, təhlükəli müddət başlayır. Hər şeyin vəzifə, borc, ya da məcburi hal aldığı andan etibarən münasibətlərdə durğunluq yaranır. Bu kimi hallarda həyat yoldaşınızı xoşbəxt etmək üçün fədakarlıq etməyin və onu məmnun etmək üçün öz istəklərinizi qurban verməyin. 

Bitmiş sevgi
Ayrılıqdan sonra, əvvəlki sevgilinizlə dost qalma fikri ilə razılaşmayın. Psixoloq sevgilinizi sizə xatırladan hər şeyin uzaqlaşdırılmasını məsləhət görür. Yeni həyata başlayın. Başqasını deyil, özünüzü fikirləşin. 

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 7 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri