Gedənlə ölünərmi görəsən?

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 3 619
Səs ver:
(səs: 9)
Çox dəyər verdiyin birilərinin əllərinin arasindan itib getməsi. İtirmək... Ən çox dəyər verdiklərini itirmək. Yada tərk edilmək bəlkədə. Ən sevdiklərin tərəfindən...! O qədər qəribədiki sevdiklərinin, bir zamandan sonra sənlə maraqlanmaması. Adi Salam sözünə belə həsrət qalmaq. Ağırdır. Hələ artıq sənin yerini başqaları almışkən, o gülümsəmələr, zarafatlar artıq başqasına məxsus olduqdan sonra. İncidir çox incidir həmdə... 
Ölənlə ölünməz deyirlər. Gedənlə ölünərmi görəsən? Belə tərk edib gedənlə, yarıda qoyub gedənlə, vecinə almayıb gedənlə!!! Ölünərmi görəsən?! Göz yaşları axıdılıb, yas tutularmı görəsən?! Çünki ölümdən daha betərdir sevdiyinin səni atıb getməsi, o sağ ikən, görə bilməmək, toxuna bilməmək, adını belə çəkə bilməmək! Ölümdən daha dəhşətli deyilmi?! Sağ ikən ölü olmaq kiməsə. Danışa bilməmək, susa bilməmək şəklinə belə baxa bilməmək. Dəhşətlidir. Axan göz yaşlarını kimsə görməsin deyə gizlicə ağlamaq, içinə axıtmaq bütün zəhərini. Adını belə çəkməmək, birdən səsindən hiss edərlər necə darıxdığını qorxusuyla...
Bütün bunlar bir kənarada. Hər şeyə rəğmən onların heçnə olmamamış kimi həyatlarına dəvam etməsi öldürər səni. Sanki sən heç yoxmuşsan. Heç olmamışsan. Halbuki sən hər gün yenidən ölürsən, sən onlarin səni buraxdıqları yerdə sıxışıb qalmışkən...
Ölənlə ölünməz deyirlər... Gedənlə ölünərmi bəs...?! 
(səs: 9)
Şərhlər: 10
Baxılıb: 3 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri