Bir həftədə sevginizi canlandrmanın resepti

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 5 304
Səs ver:
(səs: 2)
EHTİRASLI ÖPÜŞÜN!
Dodaqlarımız barmaq uclarımızdan 100 qat daha həssasdır. Öpüşmək; endorfin, dopamin və fənilə idiləmin (şokoladda da olan bir növ kimyəvi) kimi seks hormonlarının ifraz olunmasını təmin edər. Bu hormonlar həzz duyğusunu tətiklər və aranızda güclü romantik bir bağ meydana gəlməsini təmin edər.

 

 GÖZLƏRİNİN İÇİNƏ BAXIN
Amma təbii dik də baxmayın! Araşdırmalar, təkkən və ya zdihamlı bir mühitdə bir-birinin gözlərinin içinə baxan cütlərin, heç göz təması qurmayan cütlərə nisbətlə bir-birlərinə 75% daha çox aşiq olduğunu göstərir. Bu, sevgilinizlə yaxınlaşmanın ən kəsə yoludur.
KİÇİK HEKAYƏNİZİ PAYLAŞIN
Bir-birinizə uşaqlıq xatirələrinizi izah etməniz yaxınlaşmanızı təmin edər. Xatirələriniz bir-birindən tamamilə fərqli ola bilər amma bu ziddliklərin aranızdakı səmimiyyəti artıracağından əmin ola bilərsiniz.
 

 

BİRLİKDƏ İDMAN EDİN
Məşq etmək, bədəninizin seks əsnasında da ifraz etdiyi endorfin hormonlarını ifraz etməsini təmin edər. Cinsi orqanlara gedən qan axışını da artırar. Bu, möhtəşəm bir orgazma gedən ən kəsə yollardan biridir.
BİR-BİRİNİZİ GÜLDÜRÜN
Əsərə, nişanlısının onu necə güldürdüyünü belə izah edir: "Beyoncenin Crazy en-Love mahnısındakı rəqsini arxasını yelləyərək o qədər yaxşı təqlid edir ki, gülməkdən yerlərə yatıram. Özünü çox ciddi qəbul etməməsinə də həqiqətən huşunu itirirəm. 

 

"TELEVİZOR PULTUNU SAXLAYIN VƏ UNUDUN!
Hamımız televiziyanın qarşısında yayılmaqdan xoşlanarıq amma ağılınız başqa bir yerdəykən sevgilinizə konsentrə ola bilməyəcəyinizi qəbul etməniz lazımdır. Yaxınlaşmanın ən asan və sürətli yolu televizoru bağlamaqdan keçir. Nə gözləyirsiniz? Çeki çəkin və kişinizlə maraqlanın.
ÜZR İSTƏYİN VƏ ÖZÜNÜZÜ BAĞIŞLADIN!
Üzr istəməniz möcüzə hir barışma seksual yaşamanızı təmin edə bilər. Elə isə açıq olun. Üzr istəyin. Onun da sizə açılıb ehtimalla üzr istəyəcəyini görəcəksiniz. Maksimum romantik yaxınlıq qurmaq üçün ona fokuslanın, bir-birinizin üzünü görəcək şəkildə uzanın və işıqları söndürməyin. 
ONU DİNLƏYİN!
Kişi yoldaşınıza gününün necə keçdiyini soruşun və cavabını həqiqətən dinləyin. Danışmaq istəmədiyi vəziyyətlər də ola bilər. O zaman nə hiss etdiyini kəşf etməyə çalışın. İşə yaradığını görəcəksiniz.

 

EŞQ DOLU MESAJLAR GÖNDƏRİN
Bütün gün boyunca onu düşünmüş ola bilərsiniz. Bu düşüncələrinizi özünüzə saxlamaq yerinə onu nə qədər istədiyinizi ya da darıxdığınızı yazan mesajlar göndərin.
 QOXUNUZ MÖHTƏŞƏM OLSUN!
Bu axşam evə getdiyinizdə, ilk görüşmənizdə istifadə etdiyiniz ətiri sıxın. Psixoloq Jessica Chivers "Duyğularını hərəkətə keçirmək və xatirələri canlandırmaq ilk günlərin həyəcanını geri gətirəcək" deyir. Hətta ilk tanış olduğunuz yerə də gedə bilərsiniz. Bunun sizi yaxınlaşdırdığını hiss edəcəksiniz.

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri