Hansı sevgi stilinə aidsən? Cavabı bu xəbərdə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 834
Səs ver:
(səs: 1)
İşləmə və ya öyrənmə stilinizi müəyyən etməyin minlərlə yolu var, bəs eşq stilinizi necə? Sizcə, hansı stilə aidsiniz?
 
Amerikalı psixoloq Con A. Li yüzdən çox insanla apardığı araşdırmalardan sonra insanları sevgi münasibətlərində davranışlarına, sevib-sevməmək xüsusiyyətlərinə görə müəyyən qruplara bölüb. Qadınlar.Biz həmin maraqlı məlumatları təqdim edir.
 
Eros:
 
• Uzaqdan-uzağa da olsa birini görsəniz, sizə uyğun olub-olmadığını o dəqiqə hiss edirsiniz.
 
• Cinsi hislər vacibdir, sevgi həyatınızın mərkəzindədir.
 
• Doğru insanı tapmaq sizin üçün çətindir – çox seçicisiniz.
 
Fikirlərində hər zaman fiziki olaraq ideallaşdırdıqları bir sevgili imici var. Dünyada birini comərdcə sevəcəklərinə inanırlar – sadəcə tapmaq lazımdır! Sevgili olduqları müddətdə sadiqdirlər. "Eros”u əldə saxlamaq əldə etməkdən daha çətindir.
 
Ludus:
 
• Sevgilinizlə gələcəyə dair planlar qurmaq və bunlara bağlı olmaqdan nifrət edirsiniz.
 
• Romantik və sadiq olmamaqda günahlanırsınız.
 
• Fərqli tip insanlar sizə cazibədar görünə bilir.
 
Ümumilikdə, münasibətlərə çox qapalıdırlar, könülsüzdürlər. Əsl "Ludus” özünü sevən və dağıdıcıdır. Əsasən qısqanc, mübahisəyə, davaya meyilli olurlar. Evlənsələr də, sevgi onlar üçün bir oyundur, münasibətlərinə ciddi yanaşmırlar.
 
Storc :

• Sevgi bitəcək, amma bir dostla həyatınızın sonuna qədər yaşaya bilərsiniz.

• Sevgi sizin üçün güclü bir ortaqlığın təməlidir.
 
• Biri ilə yaxşı dostsunuzsa, cinsi problemlər də həll olunur.
 
Dəyərləri, məqsədləri ön plandadır. Partnyorları ən yaxın dostlarıdır. Buna görə də  uzun müddətli münasibətlər və evlilik üçün ən uyğun insanlardır. Münasibətlərinin təhlükədə olduğunu bildikləri andan dişləri, dırnaqları ilə mübarizə aparırlar. Sevgi onlar üçün son deyil, həyatın sadəcə bir hissəsidir.
 
Mania:

• Sizin üçün sevmək bir xəstəlikdir.

• Həqiqətən sevəndə iştahsızlıq və yuxusuzluq ola bilər, bəzən "ağılsızlıq” da!

• Bir ayrılıq yaşasanız, uzun müddət özünüzə gələ bilmirsiniz. Çox vaxt tərk edən yox, tərk edilənsiniz.

Sevginin çətin və maraqlı olmağını arzulayırlar. Qısqanc və ehtiraslıdırlar, daima diqqət görmək istəyirlər. Tərk edilmə səbəbləri çox vaxt uzun müddətli münasibətlər istəmələri olur.

Praqma:

• Alış-veriş siyahısı kimi kriteriyalarınız var və sevgilinizin bunlara uyğun olmasını arzu edirsiniz.

• İstənilən işi rahatlıqla görə biləcəyinizə əminsiniz, münasibətlərdə də elə.

• Həyatla bağlı fikirləriniz və sosial qrupunuzla uyğunlaşmayan insanla sevgili ola bilmirsiniz.

Həyat tərzləri, planları və məqsədləri ilə uyğunlaşmayan insanlara vurula bilməzlər. Həddən artıq romantik və qısqanclıq səhnələrinə gülən, lağa qoyan insanlardırlar. Sadiqliyə çox dəyər verirlər. Sevməyi çox xoşlayırlar, həyat tərzlərinə və işlərinə qarışmamaq şərti ilə.
 
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri