Maraqli Sevgi Hekayesi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 11 742
Səs ver:
(səs: 5)

 

http://imgs.su/tmp/1317905663-656.jpg

 

Səni çoox sevmişdim..((
Bilmirəm ilk sözlərimi necə başlayım. Qəlbimdə sənə deyəcək çox sözum var. Sənsiz günlərimdə sənli günlərimi xatırlayıram....Yəni ki, gəncliyimin ən gözəl günlərini. Gözlərimdə canlanır o günlər. Necə gözəl başlamışdı sevgimiz. Məni özünə çox bağlamışdın. Mənə etdiyin o nazlar heç cür cıxmır fikrimdən. Səni dəlicəsinə bir sevgi ilə sevirdim. Birdə o günlər dönəcəkmiş kimi ümid edirəm. Zaman keçdikcə səni o gözəl günlərimizdəki xatirələrlə sevəcəm. Qədrini bilmədiyimiz o günlər.

 

http://imgs.su/tmp/1317905452-656.jpg

 

Heç dəyəri yoxmuş əvvəlki yaşadığmız günlərin. Harda qaldı o sevgi, harda qaldı o duyğular. Indi biz birlikdə olmasaqda gözəl başlayan, gözəl yaşanan bu sevgini xoş duygularla bitirməliyik. Bir vaxtlar sevgimizin ən gözəl günlərini yaşayırdıq. Indi isə sevgimizin ən acısını yaşayırıq. Səninlə sevgimizin ən şirin cağlarında ayrıldıq. Sən hər zaman mənim olacaqsan amma ki, qəlbimdə. Bir gün başqasıyla ailə qursamda səni heç vaxt unutmayacam. Səni çox sevmişdim... Nə vaxtsa məni unutsanda bu sözləri unutma!

 

http://imgs.su/tmp/1317905452-656.jpg

 

Nə vaxtsa ehtiyacın ola bilər. Yalan da olsa bir gün kiməsə bu sözləri deyəcəksən... Artiq sənin mənə dönməyəcəyini bilirəm. Sənə son dəfə səni sevdiyimi deyə bilməyəcəyimi də bilirəm. Hər nə olursa olsun səni ilk gündəki kimi sevirəm. Bu sevginin qarşılıqlı olmamasını bilə-bilə sevirəm. Bir gün dilə gələcək, səni necə sevdiyini deyəcək qəlbim. Amma səni nə qədər çox sevsədə çox gec. Çünki sən artiq mənim deyilsən. İndi anlayıram ki, biz birlikdə ola bilmərik. Sən nə vaxtsa bir kimsənin, məndə bir kimsənin qismətinə düşəcəyik. Səni sevə-sevə itirdim. Sevə-sevədə unutmaga calışacam. Nə vaxtsa üz-üzə gəlsək nə cəsarətlə üzümə baxacağını bilmirəm. Qarşılaşsaqda təki gözlərimiz qarşılaşmasın. Axı gözlərim gözlərini sevmişdi. Sən bəlkədə məni yox mənim səni sevməmi sevirsən....

 

http://imgs.su/tmp/1317905452-656.jpg

 

Bir gün səni düşünərkən xəyalın canlanmağa başladı gözlərimin önündə. O vaxtdan anladım ki,sən hər zaman gözlərimin önündə olacaqsan. Harda baxdımsa, nə düşündümsə səni gördüm. Getdikcə, məndən uzaqlaşdıqca döyünən ürəyim sayırdı ayaq səslərini. Çalış ki məni unut. Səndən məni xatırlamanı istəmirəm. Çalişacam ki məndə səni unudum. Bilirəm unuda bilməyəcəm. Sənin məni unutduğun kimi. Unutma ki, bu dünyada mənim olmasanda o biri dünyada mənim olacaqsan. Səni heç kəsə verməyəcəm. Sevdiyim üçün bu sözləri yazdığımı hiss edəcəyini bilirəm. Sevdiyin üçün bu sözləri oxuyacağını da bilirəm. Gözəl gözlərinin parıltısı qalıb gözlərimdə. Sən mənimlə daha da xoşbəxt ola bilərdin. Gözlərinə baxaraq mənim olmanı arzulamşdım


http://imgs.su/tmp/1317905452-656.jpg

İndi sənsizəm...Sənsizdə olacağam..Sənsizlik səndən vəfalı çıxdı. Səndən heç vaxt geri dönməyini istəməyəcəm. Bilirəm bir gun yenə mənə dönəcəksən. Amma ki gec olacaq, qəlbim səni qəbul etməyəcək. Çünki qəlbim sənin kimi vəfasızları qəbul edəcək qədər vəfasız deyil. Məni unuda bilməyəcəksən. Yaninda olacağam həmişə. Bəlkədə gözlərinin xəyallara daldığı kiçicik bir nöqtədə, bəlkə də sevirəm deyərək özünü aldatdığın insanın gözlərində tapacaqsan məni.. Qaranlıq dünyam dərdlər və mən, Ağlımdaki tək düşüncəm xoşbəxtlik və sən...Əvvəl gözlərin, sonra sən çixdin qəlbimnən  
http://imgs.su/tmp/1317905452-656.jpg
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 11 742
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri