Xos Geldin Sevgim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 426
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1317963334-656.jpg

Gecəni səssizcə bitirməyə hazırlanarkən döyülən qapının səsiylə diksindi.Nə vaxtdır kimsə gəlməmişdi qapısına.Kimsəni də istəmirdi onsuz da.İçindəki hisslər donmuşdu.Bir sevgini tək yaşamağı seçmişdi.Təkliyinin məsuliyyətini daşıyacaq qədər ürəkli idi.Gecələr bir ağrı olub içini ağrıdardı,amma ürəyinin ən gözəl yerinə oturtduğu o sevgini düşündükcə içinə yayılan İstilik götürüb aparardı bütün sancılarını.

Nə qədər zamandır belə idi,nə qədər zamandır ən yaxın dostu həsrət olmuşdu, xatırlamırdı.Bəli darıxırdı,çünki həsrətin içində o dəli sevdasını tapırdı.Gedənlərin arxasından kədərlənməməyə çoxdan öyrənmişdi,amma bu başqa idi. Kimsəni onun qədər sevməmişdi. Birinə izah etmək istəsə sözlər çatmır,acizləşirdi.Nəyə bənzətsə,bir yeri əskik qalırdı.Həmişə ona toxunmaq, həmişə onu hiss etmək və həmişə onu yaşamaq istəyirdi.Buna görə onun olmamasını belə əhəmiyyətsiz hesab edirdi artıq.Sevgisni,sevgilisi olmadan yaşayırdı.

Qapını açmaq üçün yerindən qalxdığında masada dayanan dəli sevgisinin yazdığı bir yazıya ilişdi gözü: "Gözlərini götürməliydim,götürdüm.Gömgöy bir yerə apardın məni,özümü görəəm deyə.. Əllərimi tutdun mənim,qanım daha sürətli axsın deyə.. Dodaqlarımı öpdün mənim, başmı yastığa qoyduğumda səni arzulayım deyə.. Çünki sən bunları edərkən əslində məni həyata çevirdiyinin fərqində deyil idin. Paylaşdığımız hər şey çox gözəl,amma qorxuram...Günün birində sənsiz buraxılmaqdan,sənsiz qalsam bir heçlikdə yox olmaqdan qorxuram.Buna görə mənliyimi dayandırmaq istəyirəm,amma edə bilmirəm.Mən həmişə səninlə bir dəqiqə əvvəlindən daha çox şeyi bütünləşdirmək istəyirəm."

Neçənci dəfə oxuduğu yazını bir dəfə daha oxuyarkən qapının dayanmadan döyündüyünü eşitdi.Məktubu buraxdı,qapıya doğru getdi və açdı.Dəli sevgisi qapıda idi. "Xoş gəldin" dedi səssizliyi tükəndi,hüzn tükəndi,həsrət tükəndi.. Artıq sevginin vaxtı idi və tükənməməsi lazım olan tək şey eşq idi..
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri