Əsla əlimi buraxma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 268
Səs ver:
(səs: 1)

Aşiq olmaq günahsa mən bir günahkaram, peşman deyiləm Tanrım...deyirdi yumşaq bir səs... bir sızı batdı əvvəlcə ürəyimə... sənsizlik ürəyimi yandırırdı. İndi yanımda olsaydın qollarınla məni qucaqlayar, üzümə dağılan saçlarımı barmaqlarınla düzəldərdin.. iki tərəfdən qulaqlarımın arxasına sıxışdırar, "Belə daha gözəlsən canım "deyərdin... üzümə düşən saçlarıma gözyaşlarım qarışır indi. "Əsla ağlama, səni bir gün belə ağlayarkən görmək istəmirəm" deyərdin mənə... indi bir yerlərdən baxırsa gözlərin üzülürsən,bilirəm... amma gözyaşlarıma söz keçirə bilmirəm sevgilim...
Biz sonsuza qədər xoşbəxt olacaqdıq? Bir-birimizi tərk etməyəcəkdik? Niyə məni tək başıma buraxıb getdin? Qəza xəbərin gəldiyində inana bilmədim... evimizdən necə çıxdığımı belə xatırlamıram... xəstəxanada səni elə qanların içində huşsuz bir şəkildə görüncə dünya başıma yıxıldı... əlini tutdum və sən gözlərini açdın "Əsla! Əsla əlimi buraxma" dediyin zaman belə "Gözlərindəki meşədə yağış yağmasın" dedin... yanaqlarımdan süzülən yaşlar üzünə töküldüyünün fərqində belə deyildim..Sən yaşayacaqdın.. məni buraxmayacaqdın....

Hələ oyanmadın... bir həftə keçdi heç bir tərpənmə yox...doktorların biri gedir biri gəlir.. söylədikləri heç bir şeyi artıq anlamıram.. bu vaxt o yağışlı gün gəldi ağılıma.. velosipedlərlə yarış etdiyimiz o gün.. ani bir yağış başlamışdı da evə çətin çatmışdıq.. balkonda dayanıb yağışı izlərkən bir gün körpəmiz olsa adını Yağış qoyaq demişdik... bizim yağışımız yaz yağışı olsun demişdik...
Və indi sənsiz keçən ilk payızdayam... getdiyimiz yolda qurumuş yarpaqların arasında tək başınayam. Avtomobildən mənə gətirdikləri əmanətlərimin biri evdə digəri barmağımda..Bilirəm hər an hər saniyə mənimləsən, məni izləyirsən. Yaxşı ki mahnılar var və şeirlər. Sən sözünü tutmadın, məni buraxıb getdin. Mən də tuta bilmirəm heç dayanmadan ağlayıram.
Bəlkə bir gün canımm... Bu yağışlar dayanar və biz yenə birlikdə olarıq...

Siz heç belə sevgi görmüşdüz?

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri