Romantik sevgililər günü üçün nə gərəklidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 667
Səs ver:
(səs: 1)
Baş-başa romantik bir vaxt keçirmək istəyirsinizsə bu təkliflər tam sizə görədir.

Sevgilinizlə baş-başa romantik bir Sevgililər Günü keçirmək istəyirsiniz. Lakin bu xüsusi gündə necə bir masa hazırlamaq lazım olduğuna qərar verə bilmirsiniz. Əslində kiçik toxunuşlarla həm möhtəşəm həm də romantik bir gün keçirmək mümkündür.

Məşhur təşkilat və event firmalarından KM Eventsin sahibi, bu xüsusi günü qeyd etməyi düşünənlərə və bu günə xüsusi anlayış məkan hazırlayacaq olanlara əhəmiyyətli ip ucları verir.
 
 
Sevgililər Gününə xüsusi hazırlıqlar…

Sevginin rəngi olduğu üçün Sevgililər Günü süfrəsində mütləq qırmızı vurğulanmalıdır. Məkanda isə qırmızını güllərlə, ürək şarlarla və ya şamlarla vurğulamaq mümkündür.

İki kişilik romantik, amma təəccüblü bir süfrə, bol şamla dekorasiyaya edilmiş bir mühit, yüngül romantik bir musiqi və unudulmaz bir hədiyyə gecəni xüsusi etmək üçün kifayyətdir.

Sevgililər Günü, bütün səmimiliyimizlə sevdiklərimizə sevgimizi göstərdiyimiz xüsusi bir gündür. Ona görə, bu xüsusi qeyd etməyi reallaşdıracağınız məkan da xüsusi olmalı və ya o günə xüsusi romantik detallarla xüsusiləşdirilməlidir.

Xanımlar süfrələrində bağ, inci kimi romantik detallar istifadə edə bilərlər.

Süfrəyə və masanın ətrafına sepələnmiş gül yarpaqları və bol işıltılı şamlar şübhəsiz olmalıdır. Qırmızı salfetlər, ürək şəklindəki salfetliklər, dore və gümüş aksesuarlar süfrədə istifadə edilə biləcəyiniz detallar arasındadır.

Bu günün ən mənalı hissəsi isə sevdiyinizə ən xüsusi hədiyyəni tapa bilmək və bunu o gün onunla paylaşa bilməkdir…
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 7 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri