Niyə bağışlamalıyıq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 553
Səs ver:
(səs: 0)
Bağışlamaq üçün bir çox səbəbiniz ola bilər...
Qarşınıza çıxıb səhv edən bütün insanlara qarşı kin bəsləsəniz, ömürünüzün necə keçdiyini anlaya bilməzsiniz. Fərqli xarakter xüsusiyyətinə və həyat formasına sahib o qədər çox insan var ki, onları cərgəyə salmanız mümkün deyil. Bu səbəblə hər şeyə və hər kəsə baxmayaraq doğru bildiyiniz yolda irəliləmək, sizə düşəcək. Bağışlayıcı olmanız, özünüzə kəsilməyə uğramayan bir ömür təqdim etmək deməkdir. Yəni öz özünüzü mükafatlandırmanın yolu, bağışlamaqdan keçər.
Siz də mükəmməl deyilsiniz
İnsanlar, səhvləri ilə inkişaf edər və yol alarlar. Siz də mükəmməl deyilsiniz, qarşınızdakı da. Bu səbəblə, səhv etmənizə icazə verin və bunlardan dərs çıxarmağa baxın. Eyni şəkildə qarşınızdakına da etdiyi səhvi bağışlatması üçün fürsət verin.
Küsəyənliyi və hadisələri şəxsiləşdirməyi buraxın
Qarşıdakı adamın problemləri ola biləcəyi və onun bir həyatı olduğunu göz qarşısında saxlayın. Təkcə siz yoxsunuz, təkcə sizinlə ünsiyyət qurulmur. Qarşı tərəfin sizinlə ünsiyyət qurmaqdan qaçır kimi görünməsi, əslində adamın bir az öz həyatıyla baş-başa qalmaq istədiyini göstərə bilər.  Yəni hadisələri şəxsiləşdirməyin.
Boş verin
Bəzən hər şeyi boş vermək lazım ola bilər. Öz ruh və bədən sağlamlığınız üçün. Sizə edilən haqsızlıqları içinizdə böyütdükcə həzm edilməsi çətin olacaq. Özünüzə zaman tanıyın və bir yerlərdə rast gəldiyiniz haqsızlıqları unudun.
Əlaqə qurun
Əlaqə qurmaq çox çətin olsa da, bir küncdə özünüzü onun yerinə qoyub, onun pəncərəsindən baxmağı təcrübə edin.
Onunla danışın
Səsli düşünmək, çox şeyi dəyişdirəcək. Onu sevdiyinizi, bağışladığınızı gözlərinə baxaraq söyləməniz həm sizi həm də qarşı tərəfi rahatlaşdıracaq.
Üzləşin
Hirsli olduğunuzu, gözləmələrinizi qarşı tərəfə ötürmək çox əhəmiyyətlidir. Beləliklə içinizdə böyütdüyünüz hirsiniz silinəcək və əlaqənizi xilas etmənizə köməkçi olacaq.
Özünüzdən onu niyə sevdiyinizi soruşun
Onu fərqli edən xüsusiyyətlərini düşünün. Niyə onun yanındasınız, niyə onu sevirsiniz, suallarının cavablarını axtarın. Birlikdə keçirdiyiniz gözəl günləri xatırlayıb, onsuzluğu həqiqətən istəyib istəmədiyinizin qərarını verin.
İtirmək, ən asanıdır. Bağışlamaq isə, ruhunuzun azadlığa qovuşmasıdır. Əvvəl özünüzü bağışlayın. Sahib olduğunuzu möhkəm möhkəm qucaqlayın...
 
/Mənbə.Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri