Sadəcə oxuyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 232
Səs ver:
(səs: 7)
..sevgi bəzən bir "necəsən?" mesajıdır... qəribə gəlir bilirəm... amma olur hərdən... demək istədiyin bütün o uzun cümlələri bir "necəsən?" sualına sığışdırıb göndərirsən... eşq bəzən kiçik cümlələrdən ibarət olur... "yaxşısan?","işlərin necədir?" "xəstə deyilsən?" ya da bunlara oxşayan ən mənasız minlərlə sual... hələ "əlim dəydi","səhv gəldi, bağışla"mesajları da var )) ən ürkək, ən saf sevgidir bunlar, əslində... içindən dua edirsən bəzən... "nə olar, bir az sual versin... biraz danışsın... "deyə..amma çox vaxt gələn cavab "eybi yox" dan ibarət olur...  bu qısa söhbətdən sonra sənə qalan özünü söymək və yerində uzanıb etdiyin bu yersiz hərəkəti fikirləşərək yuxusuz qalmaq olur... uzun zaman keçir sonra... özünə verdiyin sözləri unudub yenidən yazırsan... "həyatında biri var?"... bu suala gələn "hə" cavabı yenidən məhv edir səni... gərək yazmadım... heç olmasa xəbərim olmazdı, deyirsən... daha asan olardı... bəlkə də səni həmin vaxt incidən şey onun həyatında birinin olması yox, sənin ona yazdığın cümlə olur... gözündən yaş axarkən yazdığın"sənin adına sevindim " cavabı...
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 4 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri