Nə vaxtsa birinin gülüşünə aşiq olacağımı belə düşünməzkən, "Onun gülüşü" niyə ağlımı başımdan alırdıki.? Hər gözümü yumduğumda, onu ağlımdan çıxartmaq isdədiyimdə belə, Gülüşü ağlımdan niyə getmədiki.? "Onun şirin gülüşü" mənim ağlımı başımdan aldığı kimi, bəlkədə çoxlarını xoşbəxt ya da bədbəxt etmişdi.. Amma olsun mən ona gülərken baxanda heçnəyi niyə düşünmədimki.? Gülüşü qəribə idi, ilk baxışdan adama şirin xoşbəxtlik və kədər verirdi. Olsun, mən ona baxanda niyə xoşbəxtliydən başqa bir şey görmədimki.?. İlk dəfə ürəkden bir yerdə gülməyimizi xatırlayıram, əvvəl fikir verməzdim ama niyə men onsuz gülərkən heç bu qədər xoşbəxt olmamışdımki.? Deyirlər insanlar uzun müddət bir yerdə olanda bir birilərindən bezirlər, heç vaxt anlamadım mən onları. Saatlarca gülüşünə baxanda mən niyə onların dediyi kimi bezmədimki.? "Həyatımda gördüyüm ən gözəl gülüş idi bəlkədə.. Bir insana bu qədər mi yaraşa bilərdi gülmək?! "