Səninlə ürəkdən sevməyi öyrəndim mən...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 060
Səs ver:
(səs: 2)
Səninlə ürəkdən sevməyi öyrəndim mən...

Heç görə bilmədiyim, amma daim hiss etdiyim gözlərindən bir qurtum nəfəs alıb sənə yazıram yenə...

Ürək mürəkkəbiylə yazılmış o qədər qaralamaya inad səni yaşayıram sətirlərimdə...

Sən və mən... İki ayrı şəhərin səhərində eyni günəşlə oyanan iki sevdalı... Qeyri-mümkünlüyün içində yoxluğun acınəfəsində " eşqi " tənəffüs edən iki ürək...

Bilirsənmi yağışı dilənən quru torpaq kimi hər səhər heç bilmədiyim nəfəsini tənəffüs edirəm mən...

Günəşi gözləyən quru yarpaq kimi axşam qırmızılığında gələcəkmişsən kimi həmişə səni gözləyirəm...

Səninlə ürəkdən sevməyi öyrəndim mən...

Bilirəm heç bir zaman qapımı döyməyəcək əllərin və bəlkə də heç bir zaman əllərini tuta bilməyəcəyəm və əllərim ovuc içlərində tərləməyəcək bəlkə də heç bir zaman...

Olsun mən yenə də səni çox sevirəm... Burax bu dünya bizə həsrət borcu olsun...

Dəyməsin dodaqlarımız dodaqlarımıza... Sevgi bu deyilmi ? Yoxluğunda belə sevməyi bilmək...

Mən səni yoxluğunda belə sevməyə razıyam...

Eşqi ucaldan bu deyilmi ki onsuz da? Buralara yağış dolu buludlar qonaq olduğunda səni bir daha axtarıram yağışın hər damlasında...

Səninlə ürəkdən sevməyi öyrəndim mən...

Çünki saçlarımı isladan bir yağış damlası qədər aydın olduğunu bilirəm bu sevginin...

Səndən uzaqda toxunduğum hər şey də əllərinin istiliyini axtarıb dayanıram...

Halbuki əllərini heç tutmadım ki...

Amma hiss edirəm o istiliyi və o heç bilmədiyim istiliyə elə çox darıxıram ki... Baxdığım hər nöqtədə gözlərinin dərinliyindəki ümidi sevirəm...

Bilirəm gözlərini heç görmədim amma görməsəm də həmişə səni yaşayıram mən...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri