Döz bu ayrılığa birtəhər, gözəl, sevənlər hər dərdə, əzaba dözər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 251
Səs ver:
(səs: 5)
Eyni yağmurdan tökülən, ayrı dağlardan süzülən, eyni dənizdə can verən iki çay kimiyik..
 
Günəşin batıb ayın çıxmasını, buludların çəkilib ulduzların görünməsini, insanların yatıb səssizliyin çökməsini səbirsizliklə gözləyirəm. Gecənin zülmət qaranlığı gözlərimdə rəngarəng rəsm əsəri tək görünür. Çünki yalnız o an xəyalın gözlərim önündə canlanır. Mən, məndəki sən və səssiz gecəmiz... Biz demək olarsa, biz...
 
Təkcə yanınızdan deyil, hər yerinizdən gedirsə - sevgidi...
 
Futbolçular kimiydin, ey yar. Gözlərin gözlərimə baxaraq qəlbini başqasına ötürdün...
 
Son görüşə yubanın, çalışın bir az da olsa gec ayrılın...
 
Döz bu ayrılığa birtəhər, gözəl,
Sevənlər hər dərdə, əzaba dözər.
 
Sabah çox darıxacağım insan üçün bu gündən uzaq dururam. Hisslərimi kontrolda tutub yaşayıram.
 
... Zöhrab deyər, zərif gülsən,
Mavi gözlüm, şirin dilsən,
Sına, əgər layiq bilsən -
Vüsalına yetir məni.
Bir də pis kişilərə aşiq olub, duyğusal kişilərlə dərdləşən qadınlar var...
 
Gecələr beynimdə ac köpəklər ulaşır,
Ümidim, təsəllim tək səhər...
Günəşin işıqlandırdığı hər yerdə kədər
Hər səhər içimi didir...
Darıxıram
İndi yanımda olsan bir çay dəmləyərdik...
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 2 251
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri