Bir sevgini anlamaq, bir həyat xərcləməkdir...

Müəllif: acisko
Şərhlər: 10
Baxılıb: 3 280
Səs ver:
(səs: 10)
* Əgər yalan idisə hər şey, buraxsaydın elə qalsaydı. Mənə son yalanın "məndə səni sevdim" olsaydı.

*İkiüzlünün dilində dad, ürəyində isə fəsad gizlidir.

*Nə pul istəyirəm nə də marka. Tək bir istədiyim var, o da yalansız bir qul.
* İki variantın var; ya qal, ya getmə !
 
*Gözlə dedi getdi; Mən gözləmədim, o da gəlmədi. Ölüm kimi bir şey oldu amma kimsə ölmədi.
 
 *Mən ölsəydim, o bəlkə ağlayardı. Amma o ağlasaydı; Mən ölərdim...

*Baxarkən qıya bilməməkmi, Yoxsa baxdıqca doya bilməməkdirmi eşq?

* Sən qalırdın, gedə gedə, Mən gedirdim, qala qala.

* Mənim ən sevdiyim söz ,"sən"dən eşitdiyim "mən"dir.
*İnsanmı pula bağlı, pulmu insana bağlı ? Bu, insana bağlı.
 
* Təklik çöldən gəlməz; insanın içindədir.
 
*Artıq mənim xoşbəxtlik deyilən bir anlayışım olmayacaq. Daha bədbəxt olmamaq üçün...
 
 *Təklik paylaşılmaz, paylaşılsa təklik olmaz.
 
*Bir sevgini anlamaq, bir həyat xərcləməkdir...
 
* Kimdən soruşsam, "Mən sənin xoşbəxtliyini istəyirəm" dedi. Nə qəsdiniz vardı xoşbəxtliyimə, anlamadım getdi..
 
*Eşq; iki adamın küçə döyüşünə bənzəyər, Çünki ayıran həmişə bir başqasıdır
 
*Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın isə tək
 
*Mənimlə ömür keçərmi ki dedim. Sənlə keçirməyə ömür yetərmi ? dedi. Söz mənə bir ömür çatdı.
 
*Nə vaxt qeyri-mümkünü sevsən, o zaman gerçək sevərsən.
(səs: 10)
Şərhlər: 10
Baxılıb: 3 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri