Nələr yazmaq istiyirəm sənə bir bilsən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 126
Səs ver:
(səs: 2)
alt

Kaşki görsəm səni. Bitirə bilsəydim içimdəki həsrətini bu qədər çətin olmazdı hər şey.Necə olsa mən artıq öyrəşmişəm səni görməməyə. Məncə belə başara bilərəm səni unutmağı...
“Əgər hiss edərsənsə ki,həyatından çıxmışam,mənə sənə geri dönməməyim üçün şans dilə...”

Nələr yazmaq istiyirəm sənə bir bilsən.

Tək bacardığım yazmaq olduğu üçün yenə də yazıram.

Sənə bundan öncədə yazmışdım, bu dəfə dəyazıram. Amma bu dəfə sonuncu yazımdı sənə.Bu yazdıqlarımla səni bitirirəm. Beynimdə,içimdə sənə son verirəm. Nə qədər davam edəcək bilmirəm amma səndən,sevgindən əl çəkmək istiyirəm.

Mən səni özümdən və səndən xəbərsiz sevdim.Sən mənim üçün bir dənəydin.Sən tayı bərabəri olmayan biri idin.Mükəmməl idingözümdə.Halbu ki,mükəmməl biri yoxdur.
Nə qədər gərçək,nə qədər yalansan...Və mən hər səfərində ən başdan başladım...Yenidən bir sondayam amma bu dəfə yenidən başlamağa gücüm yoxdu....

 
alt

Artıq sənində hamı kimi biri olmağını ya da heç kimolmağını istəyirəm.

Səsini eşidə bilmək üçün telefona sarılmağdam əl çəkmək istiyirəm...

Adını eşitdiyimdə içim titrəyib, gözlərimin dolmasını istəmirəm artıq.Sənin mənim üçün adi bir insan olmağın bilirsən necə çətindir.Onsuzda mənim həyatımda asan olan nə varki!?Səni içimdə öldürməyimlə sevməyim arasında bir fərq yoxdu.Çünki mən həmişə səninlə cəzalıyam.

Heç sonu olmayan bir yolda səninlə gəzmək…

Yeni çıxan bir filmi birlikdə izləmək…

Saatlarca sənə sarılmaq...

Sadəcə bir dəfə olsun sənə sarılıb yatmaq...

Bir sabah gözlərimi açdığımda səni yanımda görmək...

Sən sevgimlə utanmağımı yaşatdığın üçün gərçəkdən sən “ bir dənəydin”
Bax buna görə imkansızlığına həmişə inandım!
alt

Mən tək qalıb səni düşünərkən,sən mənim hər şeyim olduğunda mən sənin üçün heç yox idim...Bu üzdən yalnızlığlarım, ağlamalarım, həsrətlərim canını heç yandırmadı! Mənim tərəfimdəm sevilmək bəlkədə həyatında önəm verəcəyin ən son şey idi....
Kaşki öz dünyamda bir zamanlar səni sevdiyimdən heç danışmasaydım.Sən məni heç sevmədin!

Və mən indi sənin həyatından gedirəm!
“Nə zaman yağış yağsa yolda səni gözləyəcəm.Nə zaman bir parfümeriyaya girsəm sənin ətrini axtaracam.Nə zaman bir hovuz görsəm kənarında oturb səni gözləyəcəm demişdim”...Amma bacarmadım.

Mən itirdim...

Sən qazandın!!!
Gəlmədin! Gəlsən bəlkə də başqa olardı ...Amma artıq məndə gedirəm...

Əgər həyatından çıxdığımı hiss edərsən, mənə sənə geri dönməməm üçün şans dilə...Və çox xahiş edirəm yağış yağdığında yolda dayanma..İslanma.Çünki mən çox islandım və necə acı olduğunu bilirəm...ƏLVİDA!!!

Bəzən itirdiklərimizin acısı o qədər ağır olur ki. Bacara bilməyəndə çox uzulursen. . . Əslində nə çox itirdiyim var imiş...

 

alt

 

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri