Sən deyilmiydin?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 196
Səs ver:
(səs: 7)
Sən deyilmiydin... Səni sevirəm, deyib həyatıma girən? Sən deyilmiydin ? Sevginə inandırıb,sonra yarı yolda buraxan? Sən deyilmiydin... Səni Sevirəm dediyibdə , ayrılmaq isteyirəm,deyən? Sən deyilmiydin... O'na görə məni unudan? Hmmm , cavab ver indi. Niyə qayıtdın ki ?! Kimdən aldın bu cəsarəti ?! Sənə getmək istədiyində "get” demədimmi ? Məndən üstün tutduğun insan , səni mən kimi sevmədi yoxsa ?! Mənim kimi tuta bilmədi əlini ? Mənim kimi baxmadı yoxsa gözlərinə ? Peşman olacağını demişdim gedəndə Gözlərimə elə baxmışdın ki, Sənlik deil, deyər kimi yadındadı ? Niyə qayıtdın ki ? Susma , danış. Əvvəlki kimi olaq deyirsən elə ?! Güzgüyə bax bir , əvvəl beləmiydin ? Baxışın , mimikan , duruşun belə dəyişib. Hardadı o , qürurla duran sən ? Hanı ? İndi qarşımda , həyatından bezmiş bir insan var deyəsən.. Noldu sənə , noldu axı? Elə bil ürəyini satıblar , yaşarkən öldürüblər elə bil Səni də mi incitdilər ? Səni də mi yaşarkən məhv elədilər , məni, mənliyimi öldürdüyün kimi.. Bəli , yaxşı baxmayıb "Vefasızın” sənə! Dəyərdi mi , məni dəyişdiyin insan , mənə ? Kim dedi ki sənə gəl ? Kim dedi ki qayıt ? Sən getdin..Günlər keçdi..həftələr ,aylar,illər keçdi Ama adın hələdə ürəyimdədi.. O gündən soram ara bir dayandı.. Anladım ki insan zamanla , unutmaz sadəcə alışarmış.. Yoxluğun sarıldı bədənimə , ruhuma.. Səni istəməyən Adını belə anmayan Səndən ötrü darıxmayan , biri olmuşam artıq..
(səs: 7)
Şərhlər: 12
Baxılıb: 3 196
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri