Sevgi nə üç il, nə də beş il sonra sona çatmır

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3 078
Səs ver:
(səs: 2)
Bəzi mütəxəssislər sevginin müəyyən müddət davam edib sona çatan hiss olduğunu iddia edirlər. Amma sosioloqların sözlərinə görə, sevgi nə üç il, nə də beş il sonra sona çatan hiss deyil. İnsanın qarşısındakı şəxsi uzun illər ilk günkü kimi sevməyi mümkündür. 

• Hisslərinizi ifadə edin. Adətən bir müddətdən sonra insanlar bir-birinə sevgi etirafı etməyi unudurlar. Vaxt keçdikcə unudulan bu etirafları geri qaytarın. Məsələn, hər gün azı bir dəfə sevgilinizə "səni sevirəm” deməyi unutmayın.

• Bir yerdə vaxt keçirin. Əlaqələr müəyyən bir mərhələyə gəldikdən sonra tərəflər artıq əvvəlki qədər bir-birinə vaxt ayırmır. Kişilər vaxtını daha çox dostları ilə gəzməyə , futbola baxmağa, qadınlarsa rəfiqələrinə, yaxud da uşaqlarına sərf edir. Unutmayın ki, bir-birinizə vaxt ayırmaq münasibətinizə rəng qatacaq. Heç bir şeyə imkan tapa bilmirsinizsə, həftədə bir ya da iki dəfə baş-başa film izləyin.

• İtirməkdən qorxun. Çox vaxt cütlüklər münasibətləri ciddiləşdikdən sonra bir qədər rahatlayır və hər şeyə çox sadə yanaşırlar. Unutmayın bəzən itirmək qorxusunu itirmək əlaqənin bitməsinə səbəb ola bilər.

• Toxunmağın təsiri. Partnyorunuzla bir-birinizə yalnız yataqda toxunursuzsa, bu münasibətinizi hər zaman canlı saxlamağa əsas vermir. Amma yaranan hər fürsətdə bir-birinizi qucaqlamaq və kiçik öpüşlər sevginizə yenidən can verə bilər.

Son olaraq unutmayın ki, qarşısındakı üçün dəyərli olduğunu hiss etmək insanın yaşama istəyini, həyata baxışını dəyişir. Buna görə daim qarşınızdakı şəxsə onun sizin üçün nə qədər dəyərli olduğunu hiss etdirin.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri