Bəzən

Müəllif: aliceWOnDer
Şərhlər: 7
Baxılıb: 2 782
Səs ver:
(səs: 2)
"Bəzən getmək lazımdır. Ardında qalanlara diqqət etmədən, doğru səhv hesablamadan, hesabsızca, bəzən getmək lazımdır.

"Bəzən vida etmək lazımdır. Salamın, dostluğun, səmimiyyətin, insanlığın, ümidin, sevginin, hörmətin qiymətini bilməyənlərə, bəzən vida etmək lazımdır.
 
Bəzən gülümsəmək lazımdır. Gözəl bir günə, saf bir ürəyə, dost əlinə, fədakarlıqlara, insanlığa, uşağa, uşaq ürəkli
 
"Bəzən ağlamaq lazımdır. Yığılan ağrıları axıtmaq üçün, yox olan insanlıq üçün, əzilən şərəfli insanlar üçün, səssiz dostlarımız üçün, belə olmamalıydı dediyimiz hər şey üçün, lazım gələrsə ağlamaq lazımdır.

"Bəzən müqavimət göstərmək lazımdır. Gücün nə qədər çatsa, səsin nə qədər çıxarsa, qələmin nə qədər yazarsa, duruşun nə qədər dimdiksə, bütün insanlıq üçün, hər daim müqavimət göstərmək lazımdır.
 
"Bəzən sevmək lazımdır. Ən böyük ağrıları yaşasan da, ən böyük zərbələri dostundan yoldaşından sevdiyindən alsan da, sevməyə dair heç ümidin qalmasa da, yaralarına məlhəm bulamasan da, bir çiçəyi, bir uşağı, bir insanı, bir səhəri, bir gecəni, xəyalları, sabahları, ümidi, özünü, daim sevmək lazımdır.

"Bəzən də ölmək lazımdır. Bir ürəkdə deyil, bir gözdə deyil, bir beyin də deyil, ölməyi lazım olduğu üçün həqiqətən ölmək lazımdır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri