"Görəsən, məni də yola verən varmı" dediyin oldumu?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 725
Səs ver:
(səs: 2)
"Sürətli" bir həyat yaşayan asta bir insan düşün... Ya da qaranlıq bir gün doğuluşu... bu gün və dünənin arasında fərq nədir?... "Mən haradayam" dediyin oldumu?

Bəzən çətindir insanları anlamaq... Bunu izah etmək də asan deyil əslində... Yaxşı nədir fərqlərin səbəbi və təməli?... "Harada səhv etdim" dediyin oldumu?

Bəzən yaşamaq ölməkdir, ölməksə hər yerdə eynidir ya qərbdə, ya şərqdə... Yaşadınmı ürəyinin yalnızlıq şəhərində?... "Mənim növbəm nə vaxt gələcək" dediyin oldumu?

Qapın çalınacaq ən gözləmədiyin bir anda, "Burax" deyəcək Əzraillin, "burax qolumu, gedirik buralardan, gəldi yetişdi vədənin sonu"... O anda "bax indi bu oldumu?" dediyin heç oldumu?

Depressiya, stress, problemlər və s... Ayrılmaz hissələrdir həyatımızda, kimisi onlara məğlub olur, kimisi qalib gəlir, kimisi ömrü boyu mübarizə aparır... Bəs sən necə? "Bezdim daha bu həyatdan" dediyin oldumu?

Bəzən sevgi yoxdur eşidirsən, bəzən sevdiyinə nifrət edənləri eşidirsən, sevgi(li)yə necə nifrət edə bilərsən? "Sənə sevirəm deyənə, mən sevmirəm" dediyin oldumu?

Qəribədir bu insanlar... Uşaq olarkən böyümək istərlər, elə ki böyük oldular uşaq olmaq istərlər. Heç öz-özünə "mən nə istəyirəm" dediyin oldumu?

Xəbərin başlığına, ana səhifə yazısına və şəkilinə baxıb, içərisini oxumadan rəy yazırsan. Hətta bəzən yazmırsan, əvvəlcədən yazmış olan birindən sitat gətirib yola verirsən... "Görəsən, məni də yola verən varmı" dediyin oldumu?
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri