İstəyirsən?!...

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 2 648
Səs ver:
(səs: 3)
Istəyirsən,mən sənin başının üstündəki səma olum?... Səma qədər uzaq,həm də onun qədər yaxın. Hər dəfə başını qaldıranda məni görəcəksən, əlini uzadanda mənə toxunacaqsan, təki əllərini uzat. Mən buludları qovacam başının üzərindən, səni pis havalardan qoruyacam. İstəyirsən?!... İstəyirsən,mən ay olum, gecələr pəncərəndən boylanım?... Sənin qayğısız yuxularına keşik çəkim, həzin işıq salım qaranlıqlarına. Sən məni görəcəksən. İstəyirsən?!... İstəyirsən, mən sənin ulduzun olum?... Sənə yol göstərim, mənə baxıb yolunu təyin edə biləsən. Kəhkəşanda sayrışan ulduzların arasından sənin taleyini danışım. Sən buludsuz səmada asanlıqıla məni tapa biləsən. İstəyirsən?!... İstəyirsən, külək olum səninçün?... Hər səhər sübh tezdən və hər axşam yatmamışdan öncə saçlarınla oynayan. Hər zaman mənim toxunuşumu hiss edəcəksən. İstəyirsən?!... İstəyirsən,mən sənin kölgən olum? Həmişə arxanca səni təqib edən. Sənin yanında olum, seni sevim və sevdiyin olum- ölənə qədər. İstəyirsən?!...
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri