Doğru bildiyimiz yanlışlarımız var bizim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 426
Səs ver:
(səs: 5)
...Zamanla hər şey keçər...
Bu ifadəni o qədər işlədərik ki...O qədər özümüzə belə təskinlik verərik ki...Amma...Amma doğru deyil.Düzdür zamanla çox şey keçir.Çox yaralar sağalar...Amma hər şey deyil...

...Zaman unutdurur...
Zaman unutdurmaz! Çünki...Çünki keçmiş heç vaxt unudulmur...Nə qədər istəsən də olmur...Unutduğunu zənn edirsən...Amma keçmiç heç vaxt unudulmur.Keçmiş daima bir yerlərdə gizlənir...Daima...

...Gözəl baxan, gözəl görər...
Gözəl mənzərə üçün sadəcə təmiz pəncərə kifayət deyil.

...Mən əvvəl belə biri deyildim...
Çoxumuz işlədirik bunu.Bəzən insan dəyişir.Ola bilər...Amma bəzən isə belə deyil...İnsanları tanımağa çalışarkən, özümüzü tanımağı unuduruq biz...

...Sahab hər şey yaxşı olacaq...
Belə deyib təsəlli verdik özümüzə.Amma bir şeyi unutduq.Bu günlər də dünənin sabahı idi...

...Əgər həyat imtahansa niyə olmur seminar,leksiya?!...
Çox sevdiyimbir trackin sözləridir bu.Məncə isə həyat elə bir imtahandır ki, burada seminar və leksiya olur, lakin demirlər bizə...Özümüz görməliyik...

...Sən mənim üçün çox dəyərlisən...
Həyatda hər şey dəyərin itirir ona əlin çatınca...Görəsən niyə?Mən də bilmirəm...Bəlkə də bilirəm...Çünki, əvvəl imkansız olar.Hərkəsdən fərqli,daha özəl.Sonra əlin çatar.Heç bir şeyin imkansız deyil də çətin olduğunu anlarsan...Artıq o imkansız deyildir...Və onun əslində hamı kimi olduğunu anlarsan...Sonra isə dəyərsizləşməyə başlar.Hər kəs kimi görünər.Amma onu unudarsan ki yenə də gedə bilər.Yenə də "imkansız" ola bilər...

...Böyüdükcə dərdlər artıq...
Yox :)) Sadəcə böyüdükcə onları dərk edirik...

...Və sonda güvəndiyim dağlara qar yağdı...
Güvənilən dağa qar yağmaz...Sən yanlış dağa güvənərsən...
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 3 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri