Səssiz küçədə tək kölgə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 912
Səs ver:
(səs: 1)
Bu gün ruhum çox yorğun və susqun.Sanki dünyanın çəkiləcək nə dərdi varsa mən çəkməliyəm.Yox daha sıxır məni hər gün gördüyüm şeylər,səs-küylər...Qulağa nə qədər qəribə səslənsə də artiq xoşbəxtlik belə məni yorur.Hər kəsin xoşbəxt ola biləcəyi şeylərə sahibəm,ancaq xoşbəxt deyiləm.Həyatımı bu ''şablon''luqlardan təmizləmək istəyirəm..

Belə bir qərara gəldim..Niyə biz istirahət etmək deyəndə ağıla ilk gələn parklar olur?Bizə yaşıllıq lazımdır?!Məzarlıqda da ağaclar,yaşıllıqlar boldur,niyə biz ora getmirik?Bunları çox düşündüm və gödəkçəmi geyinib küçəyə çıxdım.Təmiz hava ulduzlar ağaclarda əsən yarpaqlar məni düşünməyə daha da vadar edir.Gecə saat 3 yol boş və təmiz səssiz küçədə tək kölgə və mən bu kölgəni izləyərək yoluma davam edirəm...

Başımı qaldırdım və mən bir məzarlıqda idim həmdə tam ortasında.Hər dəfə məzarlıqdan danışanda o qədər vahiməylə anladırdılar ki mən gecə bura gələcəyimi heç fikirləşməyə belə cəhd göstərməzdim.Yox heçdə qorxulu bir yer deyil bura əksinə mənə səssizlik rahatliq gətirir..Bir müddət sadəcə donub qalmışdım heçnə düşünmədən.Və birdən mən bir-bir məzar daşlarına göz gəzdirdim.Sanki qara mərmərdən baxan hər göz mənə nələrisə demək isdəyir...
Bir məzarın yanında əyləşdim heç tanımadığım bir kəsin məzarı.Və başladım həyatdan bezdiyimi mənasızlıqlar içərisində yaşadığımı danışmağa gileylənməyə...

Saatlarca danışdım sanki həqiqətəndə məni anlayan biri idi o məzarda uyuyan kəs.Və sanki o da mənə həyatın gözəllikləri haqda danışmaq istəyirdi.Durdum ayağa son dəfə bütün məzarlara diqqətlə baxdım və öz-özümə dedim ''Ölülər yaxşı bilir yaşamaq gözəldir...''


 

   P.S.Çox sıxıldıysan həyatdan bir məzarlığa get ölülər yaxşı bilir yaşamaq gözəldir...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri