Eşq 4 ildən sonra yerini bağlılığa buraxır!

Şərhlər: 3
Baxılıb: 2 167
Səs ver:
(səs: 1)
Frederic Beigbederin qələmə aldığı "Eşqin ömrü 3 ildir" adlı kitabı nəşr olunduqdan sonra yaxşıca hərarətlənən "Eşqin son istifadə tarixi olarmı?"- adlı müzakirələri hələ də davam edrərkən edilən elmi araşdırmalar belə bir müddətin olduğunu təsdiqləyir.

Eşqin kimyası deyilən,enerji,sevinc,diqqət sıxlığı və mükafat qazanma motivasiyası olan dopamin hormonu 4 ilin sonunda tükənməyə başlayır və yerini əlaqələrin davam etməsində açar rol oynayan bağlılıq duyğusunu artıran oksitosin hormonuna buraxır.

Eşq 4 ildən sonra yerini bağlılığa buraxır!
Eşqi doya-doya yaşayan heç bir cütlüyün qəbul etmək istəmədiyi "eşqin ömrü" ilə müzakirələrə son nöqtəni qoyan elmi araşdırmalar eşqin bir müddəti olduğunu təsdiqləyir.

Qadın-kişi hər kəsin üzərində danışdığı eşqin ömrü ilə əlaqədar danışan Anadolu Sağlamlıq Mərkəzindən Mütəxəssis Psixoloq Aylın Sezər,eşqin insanın hiss etdiyi heç bir duyğuya bənzəmədiyini söyləyərək bunları əlavə etdi:"Aşiq olunca ağılımızdan keçən minlərlə düşüncələr,ürəyimizdəki duyğulara və bədənimizin verdiyi reaksiyalara yoldaşlıq edir.Duyğular sıxlaşır,xoşbəxtlik,hüzn,həyəcan,rahatlıq və həsrət eyni anda yaşanar.O adamı düşünmək belə bədənin reaksiya verməsinə səbəb olar.Göz bəbəkləri böyüyər,bədən istiliyi artar,çoxu cinsi istiqamətdə olmaq üzrə beden reaksiyaları bütün bədəndə hiss edilər."

Eşqin beynin mükafat və həzz ilə əlaqəli hissələriylə əlaqədar olduğunu söyləyən Sezər,eşqin kimyasının enerji,sevinc,diqqət sıxlığı və mükafat qazanma motivasiyası olan dopamin hormonundan meydana gəldiyini ifadə etdi.

Edilən araşdırmalarda aşiq cütlüklərə bir-birlərinin fotoşəkilləri göstərildiyində,beyinin mükafat və həzz hissəsinin aktiv hala gəldiyinin ortaya çıxdığını vurğulayan Psixoloq Aylın Sezər "Aşiq olunduğunda hiss edilən həyəcan və enerji,beyinin həzz bölgəsinin aktiv olmasıyla ifraz olunan "dopamin"in əsəridir" deyə açıqlama gətirdi.

Şokolad eşq hormonunu artırır.
Yeniliklər və həyəcanlı görüşlərdə geniş payı olan dopamin hormonu,romantik axşamı gözəlləşdirən başqa bir elementin də şokolad olduğunu dilə gətirən Psixoloq Aylın Sezər,əlaqələrin sonunda şokolad yemənin yaxşı təsir edeceyini ifadə etdi.

Ayrılıqla bitən münasibətlərə,dopaminin yaratdığı təsirin əskikliyini səbəb gətirən,bir növ məhrumluq sindromu olaraq da baxıla biləcəyini söyləyən Psixoloq Aylın Sezər, "Şokoladın beynimizdə yaratdığı təsir də,itirdiyimizi düşündüyümüz və darıxdığımız hissləri bizə yaşadır,buna bənzər bir təsir,Sevgililər Günündə də yaşanır.Hədiyyə edilən,sevgili ilə birlikdə yeyilən şokoladlar,dopamin ifraz olunmasını təmin edir,əlaqədən alınan həzzi artırır."-deyə fikirlərinə aydınlıq gətirir.

"Məqsəd:doğmaq,nəsil artırmaq".
Edilən araşdırmalara görə eşqin ömrünün 18 ay ilə 4 il arasında olduğunun ortaya çıxdığını söyləyən Psixoloq Aylın Sezər,bu müddətin sonunda insanların dopaminin yaratdığı güclü təsirlə immunitet qazandığını və həyəcan ilə birlikdə verilən həzzin də azaldığını ifadə edərək, "Təkamüllü nəzəriyyə də əlaqələrin ömrü üçün biçilən dörd illik müddəti dəstəkləyir.Bu nəzəriyyəyə görə,hər əlaqənin məqsədi doğmaq və nəslini artırmaqdır.Əlaqələrin çoxu başladıqdan dörd il sonra bitə bilir ya da mənfi bir dövrə keçə bilir,çünki bir uşağın hər iki valideynlərinin dəstəyi iə böyüməsi lazım olan müddət də təxminən dörd ildir" deyə qeyd edib.

Qucaqlamaq bağlılıq  duyğusunu artırır.
Dörd ildən sonra dopamin hormonunun azalmasıyla eşqin ölçüsünün dəyişdiyini dilə gətirən Psixoloq Aylın Sezər,bu müddətdən sonrakı əlaqələrin davam etməsini təmin edənin bağlılıq duyğusu olduğunu ifadə etdi.Edilən araşdırmalarda dörd ildən uzun sürən əlaqələri olan cütlüklər araşdırıldığında bağlılıq duyğusunun artmasını təmin edən oksitosin hormonunun daha çox ifraz olunduğunun sübut olunduğunu yazan Aylın Sezər,bu sözləri əlavə edib: "Bir anada uşağını əmizdirərkən artan bu bağlılıq hormonunun,uzun müddət birlikdə olan cütlüklərin bir-birilərinə sarıldıqlarında da artdığının şahidi olunmuşdur.Araşdırmalar,oksitosin hormonunun orgazm əsnasında ən üst səviyyəyə qalxdığını göstərir.Orgazm əsnasında və ya sonrasında insanların tərəf müqabilləri ilə ömürlük birlikdə olmağa istək hissinin bir səbəbi də məhz bu hormondur.Oksitosini,yəni bağlılıq duyğusunu artırmanın ən yaxşı yolu toxunmaqdan keçir.Masaj etmək,qucaqlamaq,öpüşmək və sevişmək,bu hormonun ifraz olunmasını artıraraq,bağlılıq hissini gücləndirir".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri